Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var?
Müsəlmanlar > Fitvalar > Hədis > Mələklər Tarix: 12 Ocak 2012 Tövsiyə et Çap et
Sual: Deyilənə görə peyğəmbərimizdən sonra mələk Cəbrayıl 10 dəfə də yer üzünə enəcək və hər dəfə oradan bir şey aparacaq. Belə bir söz hədis ola bilərmi?

Cavab: Biz bu məsələ ilə əlaqədar bir araşdırma apardıq, amma hədis mənbələrində Cəbrayılın Muhəmməd peyğəmbərin (s. a. v.) vəfatından sonra 10 dəfə yer üzünə enəcəyinə və oradan hər dəfə bir şey aparacağına dair bir məlumat görə bilmədik.
Məlumdur ki, Muhəmməd peyğəmbər (s. a. v.) axırıncı peyğəmbərdir (xatəmu-l-ənbiya). Ona görə də mələk Cəbrayıl ilahi vəhy gətirmək kimi bir vəzifəni yerinə yetirmək üçün yer üzünə enməyəcək.

Bununla belə, mələklər onlara Allah tərəfindən verilən tapşırıqları yerinə yetirmək üçün Allahın münasib bildiyi hər bir vaxtda yer üzünə enirlər. Cəbrayıl da bir mələkdir. Bu səbəbdən onun da ilahi vəhy gətirmək xaricində bir tapşırıqla yer üzünə enmə ehtimalı var. Quranın Qədr surəsində bununla əlaqədar olaraq belə deyilir:

“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik.

Sən Qədr gecəsinin nə olduğunu bilirsən?

Qədr gecəsi min aydan daha xeyirlidir.

Ruh (əmir) və mələklər o gecə Rəbbinin izni ilə hər bir əmr üçün enər.

O gecə dan yerinin ağarmasına qədər bir əmin-amanlıqdır”. (Qədr, 97/1-5.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.059 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü? 08.05.13 2.065 dəfə oxundu
2 Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur? 02.05.16 593 dəfə oxundu
3 Mələklərin insanlar üçün şəfaət etməsi nə mənaya gəlir? 23.11.15 873 dəfə oxundu
4 Xızır, bir insandı yoxsa mələk? 30.05.16 820 dəfə oxundu
5 Qiyamətədək yaşamaq icazəsi təkcə İblisə verildi? 13.01.15 1.069 dəfə oxundu
6 Şeytan cindir, yoxsa mələk? 24.03.17 688 dəfə oxundu
7 Quranda mələk İsrafilin adı çəkilir? 03.12.14 1.612 dəfə oxundu
8 Kiramən-katibin 05.03.12 1.405 dəfə oxundu
9 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.059 dəfə oxundu
10 Mələyin peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 3.262 dəfə oxundu
11 Mələk Mikail 05.03.12 5.448 dəfə oxundu
12 Mələklər ürəyimizdən keçənləri bilmirlərsə, onları kim yazır? 07.03.12 2.243 dəfə oxundu
13 Əzrailin adı Quran və hədislərdə var? 14.03.12 2.775 dəfə oxundu
14 Rizvan nə deməkdir? 05.04.12 4.099 dəfə oxundu
15 İblis mələklərin müəllimi idi? 22.07.12 1.490 dəfə oxundu
16 Quranda hansı mələklərin adı çəkilir? 26.07.12 4.089 dəfə oxundu
17 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.872 dəfə oxundu
18 Mələklər də insanlar kimi döyüşüblər? 06.05.13 1.412 dəfə oxundu