Müselmanlar
Öz xoşu ilə işdən çıxan şəxs müavinət ala bilər?

Öz xoşu ilə işdən çıxan şəxs müavinət ala bilər?

Sual: Tutalım ki, bir nəfər öz xoşu ilə işdən çıxır. Ancaq işlədiyi yerin rəhbərliyindən belə bir arayış alır: Vətəndaş filankəsov filankəsin müəssisəmizdəki işinə filan tarixdə xitam verilmişdir. Həmin adam bu arayışa əsasən dövlətdən işsiz qaldığına görə müavinət alır. Bu cür bir hərəkət dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Sosial müdafiə fondu özü istəyib işdən çıxanlara deyil, işini itirənlərə müavinət verir. İşdən öz xoşu ilə çıxdığı halda, sanki çıxarılıbmış kimi arayış hazırlatdırmaq və ona əsasən müavinət almaq düzgün deyil. Belə bir halda alınan pul harada olursa olsun, haramdır. Qısa desək, İslam dininə əsasən kimi isə (istər dövlət, istərsə adi vətəndaş olsun) aldatmaq, yanıldıcı məlumat vermək və oxşar yollara əl atmaq yolverilməzdir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavablara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/385.html

http://www.muselmanlar.com/fitvalar/271.html

http://www.muselmanlar.com/fitvalar/is-heyati

QEYD: Bu sual saytımıza Rusiya Federasiyasından daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin