QƏNDİL VƏ QƏNDİL GECƏLƏRİ1
Qəndil gecələri adı ilə tanınan gecələr Rəbiüləvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Mirac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir.
Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır.2
Qurani-Kərimdə bu gecələrdən biri olan Qədr gecəsi ilə əlaqədar müstəqil bir surə var. Quranın 97-ci surəsi olan həmin surədə Allah Qədr gecəsinin min aydan daha xeyirli olduğunu bildirib. Lakin bu gecənin Ramazan ayının 27-ci gecəsi olduğuna dair dəqiq və qəti bir dəlil yoxdur. Qədr gecəsi ilə əlaqədar hədislərə baxıldıqda isə məlum olur ki, peyğəmbərimiz Mühəmməd (s. a. v.) müsəlmanlara Qədr gecəsini Ramazan ayının axırıncı on gününün tək gecələrində axtarmağı məsləhət görüb. Buradan da belə bir nəticə çıxır ki, bu gecə Ramazanın 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola bilər. Başqa sözlə, Qədr gecəsi indiki dövrdə müsəlmanlar tərəfindən canlandırılmağa cəhd edildiyi kimi hamı tərəfindən bilinən bir gecə olmamış, əksinə, gizlənmişdir. Hətta peyğəmbər (s. a. v.) belə Qədr gecəsinin Ramazan ayının neçənci gecəsi olduğunu bilmirdi.
Peyğəmbərimiz (s. a. v.) Qədr gecəsinin ehya edilməsi ilə əlaqədar olaraq bir duadan başqa hər hansı bir ibadəti məsləhət görməyib. Amma həzrəti Aişə (r. a.) bildirib ki, peyğəmbər (s. a. v.) Ramazan ayında digər aylarda olmayan bir ab-havada olardı. Bu ayın axırıncı on günündə isə gecələri ehya edər, ailəsini də (gecəni ehya etmək üçün) yuxudan oyandırar və etikafa3 girərdi.4
Bir gün həzrəti Aişə (r. a.) peyğəmbərimizdən (s. a. v.): “Ey Allahın elçisi, Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?”, – deyə soruşduğu vaxt peyğəmbərimiz (s. a. v.) ona aşağıdakı duanı oxumağı buyurdu:
Allahım! Sən bağışlayansan, səxavət sahibisən. Bağışlamağı sevərsən. Məni də bağışla.5
Bəraət gecəsinin fəziləti ilə əlaqədar olaraq da peyğəmbərimizdən (s. a. v.) nəql olunan bir neçə hədis var. Bu hədislərdən birində deyilir ki, Allah həmin gecədə dünya səmasına təcəlli edib Kəlb qəbiləsinin qoyunlarının tüklərinin (yun) sayı qədər6 insanı bağışlayacaq və Ona edilən bütün duaları qəbul edəcək.7
Bir çox alim bildirib ki, bu hədislərin istinad nöqtələrində problem var. Buna görə də bu hədislər zəifdir və onları əsas götürüb hansısa əməli yerinə yetirmək düz deyil.
Müfəssirlərdən biri olan Əbu Bəkr İbnul-Ərəbi deyib ki, Bəraət gecəsinin fəziləti haqqında heç bir səhih (mötəbər) hədis nəql edilməyib. Buna görə də ortada bu məsələyə dair hədis kimi dolaşan sözlərə etibar etmək lazım deyil.8 Həqiqətən də, peyğəmbərimizin (s. a. v.) və onun əshabəsinin bu gecəni ehya etmək üçün məscidlərdə yığışdığına, xüsusi dualar etdiyinə və indiki dövrdə olduğu kimi camaatın bu gecəyə məxsus namaz qıldığına dair bir hədis rəvayət edilməyib. Bəziləri də Duxan surəsindəki “Hər bir hikmətli işə o gecədə hökm olunur və bizim dərgahımızdan bir əmrlə aid olana göndərilir” (Duxan, 44/4-5) ayələrinə baxıb həmin gecənin Şaban ayının 15-ci gecəsi olan Bəraət gecəsi olduğunu qeyd ediblər. Onlar buna əsaslanaraq belə bir fikir irəli sürüblər ki, Allah o gecə bəndələrinin ruzilərini bölüşdürür, növbəti Şaban ayının 15-inə qədər baş verəcək bütün hadisələri müəyyənləşdirir və elə buna görə də bu gecə edilən dua və ibadətlər mütləq qəbul olunacaq.
Belə şeylərdən hasil olan nəticə ilə bu gecəyə məxsus bir sıra ibadətlər meydana gəlib. Qeyd edək ki, peyğəmbərimiz (s. a. v.) və onun əshabəsi bu ibadətləri, ümumiyyətlə, bu gecəyə məxsus kimi qələmə verilən şeyləri etməyib. Halbuki, Allah həmin surədə belə buyurur:
Ha, Mim. O açıq-aydın kitaba and olsun ki, biz onu mübarək bir gecədə endirdik. Çünki biz xəbərdarlıq edənik. Hər bir hikmətli işə o gecədə hökm olunur və bizim dərgahımızdan bir əmrlə aid olana göndərilir (Duxan, 44/1-5).
Göründüyü kimi bu ayələrdə Allah işlərin bölüşdürüldüyü gecənin məhz Quranın nazil edildiyi gecə olduğunu bildirir. Eyni zamanda biz Quranın Şaban ayının 15-ində deyil, Ramazan ayında və Qədr gecəsində nazil edildiyini elə onun özündən öyrənirik:
Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun (haqqın) və doğrunu əyridən ayırmağın açıq dəlilləri olan Quran o ayda endirilmişdir (Bəqərə, 2/185).
Şübhəsiz ki, biz Quranı Qədr gecəsində endirdik (Qədr, 97/1).
Alimlərin böyük əksəriyyəti belə hesab edir ki, Duxan surəsində qeyd edilən mübarək gecə elə Qədr gecəsidir. Müfəssir alimlərdən Əbu Bəkr İbnul-Ərəbi bu barədə belə deyir: “Həmin ayədə qeyd olunan mübarək gecənin Qədr gecəsi deyil, başqa bir gecə olduğunu irəli sürənlər Allaha böyük bir iftira (böhtan) atırlar”.
Bunlardan əlavə, camaat arasında Bəraət gecəsi ilə əlaqədar “Bəraət gecəsi namazı” yayılıb. Ümumilikdə 100 rükətdən ibarət olan və hər bir rükətində Fatihə surəsi və 10 dəfə İxlas surəsinin oxunmalı olduğu deyilən9 bu namazın miladi 1010 (hicri 400) və yaxud 1056-cı (hicri 448) ildə Qüdsdə ortaya çıxdığı da mənbələrdə göstərilib.10
Rəcəb ayında olan Rəqaib və Mirac qəndilləri və onların fəzilətləri haqqında da hər hansı bir dəlil-sübut yoxdur. Lakin Rəcəb və Şaban ayları barədə bir neçə məqam qeyd edilməlidir: Rəcəb ayı dörd haram aydan biridir. Digər haram aylar Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Bu aylarda döyüşmək haram buyurulub. Buna görə də bu ayların digər aylara nisbətən bir fəziləti var. Alimlər bu aylarda oruc tutmağın müstəhəb olduğunu qeyd ediblər. Lakin peyğəmbər (s. a. v.) və əshabəsindən xüsusilə bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar hər hansı səhih bir rəvayət nəql olunmayıb.
Bütün bunlarla yanaşı, alimlərin çoxu xalq arasında “üç ay” kimi bilinən Rəcəb, Şaban və Ramazan ayları haqqında rəvayət olunan “Rəcəb Allahın, Şaban mənim, Ramazan da ümmətin ayıdır” sözünü uydurma söz hesab ediblər. Əlavə olaraq yenə Rəcəb ayının fəziləti haqqında deyilən “Kim o ayda filan qədər namaz qılsa, ona bu qədər savab yazılır. Kim o ayda istiğfar etsə, ona filan qədər əcir verilir” sözlərinin hamısı mübaliğədir. Bunlar alimlər tərəfindən təkzib edilib.
Tarixi qaynaqlarda xüsusilə qeyd edilir ki, xalq arasında Rəqaib gecəsi ilə əlaqədar məşhur olan Rəqaib namazı rəvayəti 1023-cü (hicri 414) ildə ölən Əli ibn Abdulla ibn Cəhdam adlı Məkkəli bir sufi tərəfindən ortaya atılıb.11
Şaban ayına gəlincə, mötəbər rəvayətlərə əsasən peyğəmbərimizin (s. a. v.) Ramazan ayından sonra ən çox oruc tutduğu ay Şaban ayıdır.12
Üsamə ibn Zeyd belə bir hədis nəql edib:
“Peyğəmbər (s. a. v.) Şaban ayında tutduğu orucu başqa bir ayda tutmayıb. Ona: “Ey Allahın elçisi, sənin Şaban ayında tutduğun orucu başqa bir ayda görmədim”, – dedim. O da belə buyurdu: “Şaban ayı Rəcəb və Ramazan aylarının arasında insanların qafil olduğu və əməllərin aləmlərin Rəbbi olan Allaha yüksəldiyi aydır. Mən də əməlimin (Allaha) oruc olduğum halda yüksəlməsini xoşlayıram”.13 Deməli, asanlıqla demək olar ki, bu ayda oruc tutmaq peyğəmbərin (s. a. v.) gözəl bir sünnəsidir.
Peyğəmbərimizin (s. a. v.), onun əshabəsinin, Əməvi və Abbasi dövlətlərinin dövründə qeyd edilməyən Rəbiüləvvəl ayının 12-ci gecəsi olan Mövlud qəndili ilk dəfə hicrətdən təxminən 350 il keçdikdən sonra Misirdə Fatimi dövləti dövründə qeyd edilməyə başlanıb.14
Eyyubilər dövründə mərasim və bayramlar aradan qaldırılmış, Mövlud mərasimləri Ərbil atabəyi Bəgtəginli Müzəffərəddin Kökböri (ölüm tarixi: hicri 629, miladi 1232-ci il) tərəfindən böyük şənliklərlə yenidən qeyd edilməyə başlanmışdır. Belə deyilir ki, Müzəffərəddin Kökbörinin bu mərasimləri yenidən başladılması fikrinin arxasında Mosullu sufi Ömər ibn Mühəmməd Əl-Məlla olub. Peyğəmbərimizin (s. a. v.) dünyaya gəldiyi gün olan bu günün, yaxud gecənin fəzilətinə dair də hər hansı bir dəlil yoxdur.
Əbu Şamə Əl-Məqdisi, Şihabəddin Əl-Qəstallani, İbn Həcər Əl-Əsqəlani, Cəlaləddin Əs-Süyuti kimi bəzi alimlər peyğəmbərimizin (s. a. v.) dünyaya gəlməsi münasibətilə sevinməyin, bu günə görə möhtaclara kömək etməyin, peyğəmbərimizə (s. a. v.) şeir (mövlud kimi) oxumağın gözəl bir əməl olduğunu qeyd edərək bu kimi Mövlud mərasimlərinin “bidəti-həsənə” sayılmalı olduğunu bildiriblər. Maliki fəqihi İbnul-Həc Əl-Əbdəri, Ömər ibn Əli Əl-Ləhmi Əl-Fəqihani, İbn Teymiyyə, Mühəmməd Abduh, Abdulaziz ibn Baz və Həmmud ibn Abdulla Ət-Tuveyciri kimi alimlər isə mövlud şənlik və mərasimlərinə “bidəti-seyyiə” gözüylə baxmış və şiddətlə bunun əleyhinə çıxmışlar.15
Peyğəmbər (s. a. v.) dində sonradan meydana gələn və haqqında heç bir dəlil olmayan bu kimi hallar barəsində belə buyurub:
Ən pis işlər sonradan ihdas edilən - ortaya atılan işlərdir.16
Sonradan ortaya atılan hər şey bidətdir.17
Hər bidət zəlalətdir. Hər zəlalət isə atəşdədir (Cəhənnəm odundadır).18
Nəticə olaraq bunları demək mümkündür: Bu gün geniş xalq kütlələri tərəfindən qeyd edilən qəndil gecələrinə nə Quranda, nə də Sünnədə işarə var. Mübarək qəbul olunan həmin gecələr peyğəmbərimiz (s. a. v.) və əshabəsinin dövründən çox-çox sonra – Misir və Qüdsdə qeyd edilməyə başlanmış, sonralar isə İslam dünyasının müxtəlif yerlərinə yayılmışdır. Bu mərasimlər qətiyyən İslam dininin bir buyruğu, yaxud tövsiyəsi deyil. Bunlar müsəlman cəmiyyətləri tərəfindən meydana çıxarılmış və ənənə halına gəlmişdir. Osmanlı padşahı II Səlimin dövründən etibarən “qəndil” adlandırılan həmin gecələr miraciyyə, rəqaibiyyə, mövlud kimi müxtəlif mərasimlərlə ehya edilmişdir (bunların canlılığı qorunub saxlanmışdır). Qəndil gecələrini qeyd edən hər bir cəmiyyət də öz növbəsində onlara öz mədəniyyətindən nəsə əlavə etmiş və beləliklə, bu gecələrin qeyd edilməsi məsələsi adət-ənənə halını almışdır. Bu gecələr son zamanlarda da camaat arasında və məscidlərdə qeyd edilməyə davam edir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: mirac, qədr, qəndil, qəndil gecələri, qəndil gecəsi, Ramazan (xüsusi), rəcəb, rəqaib, şaban
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.047 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.193 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.630 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.199 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.208 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.090 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 917 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.580 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 909 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 686 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 701 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 736 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 798 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 1.832 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 468 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.447 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 770 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 579 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 730 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 876 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 643 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 342 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 658 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 1.720 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 618 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.870 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 331 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 768 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.066 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 589 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 663 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 705 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.158 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 536 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 509 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 664 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.060 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 657 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 762 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 599 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 608 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 715 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 796 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 920 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.030 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.038 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 528 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.135 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 893 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 560 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 445 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 778 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 602 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 491 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 1.442 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 574 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 361 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 172 dəfə oxundu |