Kişinin seksuallığı
Müsəlmanlar > Cinsi həyat > Fitvalar > Tədqiqatlar Tarix: 09 Ocak 2012 Tövsiyə et Çap et

İslama əsasən kişinin seksuallığı

Həddi-büluğ dövrünə çatan hər bir kişidə şəhvani hislər yaranır. Bu hislərin ödənilməsi ehtiyac halına gəlir. Bu, ilahi bir qanundur. Bu qanuna qarşı olmaq insana zidd düşmək deməkdir. Bu reallığı qüvvədən salınmış bütün səmavi (ilahi) dinlər və fəlsəfi sistemlər, o cümlədən İslam dini də qəbul edir. Lakin İslamda kişinin seksuallığ ilə əlaqədar 2 mühüm xüsusiyyət ön planda durur. Belə ki, bu dinə əsasən;

1) Seks və onunla əlaqədar hiss və hərəkətlər peyğəmbərlər də daxil olmaqla bütün kişiləri əhatə edir.

2) Allahın xüsusi olaraq qoruyub saxlamadığı heç bir insan nəinki şəhvani hislərdən, seksual məzmunlu haramlardan belə, qoruna bilməz.

Gəlin, bu xüsuiyyətləri müzakirə edək.

A) İslam realizmi qoca-cavan, qəşəng-eybəcər, alim-nadan demədən hər bir kişidə, eləcə də, Allaha yaxınlıq sirrinə dərindən bələd olan Haqq dostlarında, hətta peyğəmbərlərdə belə, şəhvani istək və hərəkətləri təbii bir hal kimi qəbul edir. İslam dininə əsasən cinsi istəklər və halal çərçivə daxilində həyata keçirilən seksual işlər qətiyyən bir çatışmazlıq deyil. Əlavə olaraq, insanın mənəvi inkişafına da mane olmur. Əksinə, insandakı mənəvi ucalıq onun seksual fəaliyyəti davam etdikcə püxtələşib möhkəmlənir.

Dindar olmaq və dindarlıqda inkişaf edib mənəvi ucalıqlara çatmaq üçün özünü seksual hiss və hərəkətlərdən təcrid etmək fikri (bəzi təsəvvüf-sufizm mənbələrində qeyd edilməyinə baxmayaraq) Quran və Sünnənin hökmlərinə müvafiq deyil.1

Yeri gəlmişkən, biz bu məsələləri müzakirə etdiyimiz vaxt bir mömin olaraq bəşəriyyət tarixinin ən üstün və Allaha ən yaxın şəxsiyyətləri kimi qəbul etməli olduğumuz peyğəmbərlərin də adi bir seksual həyatlarının olduğunu yaddan çıxartmamalıyıq. Çünki bu, yuxarıdakı fikri sübuta yetirən bir məsələdir. Allah Quranda Nuh, İbrahim, Lut, Musa, Muhəmməd və digər bəzi peyğəmbərlərdən söz açdıqda onların evli olduğunu da bildirir. Həzrəti İsa və həzrəti Yəhyadan başqa bütün peyğəmbərlərin əhli-əyalı (ailə, oğul-uşaq) olduğunu da ifadə edir:

(Ey Muhəmməd!) Şübhəsiz ki, səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə gətirə bilməz. Hər şeyin müəyyən olunmuş bir vaxtı kitabda qeyd edilib.” (Rəd, 13/38)

Həzrəti İbrahim, həzrəti Davud, həzrəti Süleyman və həzrəti Muhəmməd kimi peyğəmbərlər ictimai mövqeləri, eyni zamanda seksual istək və güc-qüvvələri baxımından bir-birindən fərqlənən insanlara nümunə təşkil edirlər. Biz onların və digər bir çox peyğəmbərin birdən artıq qadınla evləndiyini görürük. Həzrəti Muhəmməd bunu aşağıdakı sözlərlə izah etmişdir:

مِنْ سُنَنِ الْمُرْسَلِينَ: الْحِلْمُ وَالْحَيَاءُ وَالْحَجَامَةُ وَالسَّوَاكُ وَالتَّعَطُّرُ وَكَثْرَةُ الأزْوَاجِ

“Mülayim xasiyyətli olmaq, abır-həya, qan aldırmaq (həcamat qoydurmaq), xoş ətirlər vurmaq və çoxarvadlılıq peyğəmbərlərin malik olduqları xüsusiyyətlərdəndir.”2

Peyğəmbərlərin həyatı göstərir ki, mənəvi inkişaf seksual həyatı zəiflədib öldürmür; əksinə, canlandırır. Elə belə də olmalıdır. Çünki mənəvi inkişaf iman, yaxşı əməllər və Allahı çox zikr etməklə baş verir. Bunlar ruha dəstək verir. Əlavə olaraq, bədəni də gücləndirir. Güc-qüvvə qazanan bədəndə isə şəhvani istəklər və nəticədə seksual fəallıq artır. Həqiqətən də, məlumdur ki, səbəblər öz axarına müvafiq olaraq nəticə verir.3

İbadətləri yerinə yetirən müsəlmanın cinsi istəkləri artır

Evlilik çərçivəsində və onun xaricində seksual istək və hərəkətlərinə nəzarət edə bilən, göz və qulaq kimi bədən üzvlərini cinsi xarakterli haramlardan qoruyan, necə deyərlər, seksual xarakterli siqnalları almaq qabiliyyətini qoruyub saxlayan, üstəlik spirtli içkilərdən uzaq duran, namaz, dua və zikrlə mənəvi doyuma çatan bir mömin nəticədə təbii ki, öz şəhvani istəklərini daha güclü bir hala gətirir.

Bu həqiqəti dərk edə bilməyən bir insandan söhbət gedə bilməz. Bununla belə, imanlı və əməli olan müsəlmanın seksual istəklərini gücləndirən başqa bir faktor da var. Bu da öz növbəsində iman və ibadət nurlarının qəlb vasitəsilə damarlara axmağından ibarətdir. Bu, ondakı şəhvani istəkləri artırır. “İlahi qanunlara sadiq olan hər bir möminin şəhvani hisləri güclənir” cümləsi ilə ifadə olunan bu həqiqəti layiqincə dərk və qəbul etmək üçün  imanın məntiqini bilmək, gözəl zövq və təcrübəyə malik olmaq lazımdır.

Nəticə olaraq qeyd edilməlidir ki, İslam kişinin seksuallığı məsələsinə olduqca real yanaşır. Ona görə də nəinki subaylığı, eyni zamanda ailə daxilində seksual fəallıqdan uzaq olmağı və cinsi tələbatı ödəməyi təxirə salmaq kimi davranışları da münasib hesab etmir.

Elə buna görə də həzrəti Muhəmməd (əs) kişidə qadın istəyi yarandığı vaxt dərhal həyat yoldaşının yanına gedib cinsi əlaqədə olmağı məsləhət görüb. Qadının bu tələbə mənfi cavab verməyini də qadağan edib. Hətta o, bildirib ki, qüsl üçün su olmadıqda təyəmmüm edin; yəni, seksual tələbatı ödəməkdə gecikməyin.

Əbu Hüreyrə (ra) belə bir hədis nəql etmişdir:

“Mədinədən kənarda – səhrada yaşayan bir mömin gəlib peyğəmbərdən soruşdu:

– Ya rəsulallah! Mən ilin 4-5 ayını səhrada keçirirəm. Bizim aramızda zahılar, heyz halında olan qadınlar və cənabət olanlar var. Bizə nə etməyimizi məsləhət görürsünüz?

Peyğəmbər bu suala cavab olaraq: “Təyəmmüm edin”, – dedi.”4

B) Yuxarıda qeyd etdik ki, Allahın xüsusi olaraq qoruyub saxlamadığı heç bir insan nəinki şəhvani hislərdən, seksual məzmunlu haramlardan belə, qoruna bilməz. İslam dini bunu məhz bu cür qəbul edir. Gəlin, İslamın bu realist münasibətinə əsl məsələni sübuta yetirən bir misal göstərək:

Əgər həzrəti Yusuf Rəbbinin xəbərdarlığını almasaydı, Züleyxaya yaxınlaşacaqdı. Bunu bizə Quran bildirir:

“Doğrudan da, o qadın Yusufa meyl salmışdı (onu başdan çıxartmaq istəmişdi). Əgər Yusuf Rəbbinin xəbərdarlığını almasaydı, qadının istəklərinə tabe ola bilərdi.  Budur, biz Yusufu xəyanət və biabırçılıqdan kənarda saxlamaq üçün belə etdik! Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. Çünki o, sadiq (ixlas sahibi) bəndələrimizdən idi.”5

Allahın elçisindən daha yetkin, daha dözümlü və dəmir iradəli, o cümlədən şəhvani hislərini cilovlaya bilən bir insanın olduğunu düşünmək mümkün deyil. Buna əsasən aşağıdakı hədisi peyğəmbərlər də daxil olmaqla heç bir kişinin cinsi haramlardan uzaqlıq kimi bir təminatı olmadığına sübut göstərə bilərik:

Cabir ibn Abdulla nəql edir ki, bir gün həzrəti Muhəmməd (əs) möminlərə belə bir tapşırıq verdi:

لاَ تَلِجُوا عَلَى الْمُغِيبَاتِ، فَاِنَّ الشَّيْطَانَ يَجْرِي مِنْ اَحَدِكُمْ مَجْرَى الدَّمِ،

قُلْنَا وَمِنْكَ؟ وَمِنَّي، وَلَكِنَّ الله أعَانَنِي عَلَيْهِ فَأسْلَمُ

– Yanlarında ərləri (və ya məhrəmləri) olmayan (başqa sözlə, uzun müddətdən bəri cinsi əlaqədə olmayan) qadınların yanına gedib oturmayın. Çünki şeytan sizin hər birinizin qan damarında (qanınız kimi iradənizin xaricində) axıb dolaşır.

Biz peyğəmbərdən soruşduq ki, sizin də damarınızda axırmı?

Bu suala belə cavab verdi:

– Bəli, mənim qan damarımda da axır. Ancaq Allah şeytana qarşı mənə kömək edir və mən ondan qorunuram.6

İslam kişinin seksuallığını xüsusi olaraq qiymətləndirir. Buna görə də insanı seksual məsələlərdə haramlara aparan nəfsə etibar etməyi deyil, (geyim-kecimə fikir verib örtünmək, arada evlənməyə dair heç bir maneənin olmadığı qadınlarla təkbaşına birlikdə qalmamaq kimi) lazımi tədbirləri  görməyi məsləhət bilir.7 Hətta metodik şübhəyə belə, yer verir.

Yeri gəlmişkən, görülməli olan ən vacib tədbirlərdən biri də şəhvani hiss və istəklərin seksual motivli haramlara aparmağından Allaha sığınmaq, Ona pənah gətirməkdir. Bu baxımdan hər bir kişi Allaha sığınmağa möhtacdır. Allah bununla əlaqədar olaraq Quranda Yusuf peyğəmbərin dilindən məsləhət verir və aşağıdakı duanı etməyi tövsiyə edir:

(Allahım! Qadınların cinsi münasibətlərlə bağlı tələlərini məndən uzaq et) Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.8

Muhəmməd peyğəmbərin (əs) də bu məsələyə dair bir duası var. O, bizə də belə dua etməyimizi məsləhət görmüşdür:

اَللَّهُمَّ اِنِّي اَعُوذُ بِكَ مِنْ شّرِّ سَمْعِي وَمِنْ شَرِّ بَصَرِ وَمِنْ شَرِّ لِسَانِي

وَمِنْ شَرِّ قَلْبِي وَمِنْ شَرِّ مَنِيِّ يَعْنِي فَرْجَهُ

Allahım! Qulaqlarımın, gözlərimin, dilimin, qəlbimin və cinsiyyət üzvümün şərindən, ondan irəli gələ biləcək pisliklərin şərindən Sənə sığınıram.”9

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Evlənib ailə qurmaq əsas etibarilə həyat, qurub yaratmaq və sevgi-məhəbbətə şərik olmaq deməkdir. Həyatda insan üçün bunun əvəzini verən ikinci bir şey yoxdur.

    Təsəvvüf tarixində evlənməməyi üstün tutan və sayları çox az olan zahid-sufi şəxslər əslində öz peyğəmbərlərinə zidd düşən insanlardır. Onların bu hərəkətini təsəvvüfün, yaxud da zahidliyin bir xüsusiyyəti kimi göstərən və beləliklə, təsəvvüfü xristian mistisizminin bir qolu kimi qəbul etdirməyə çalışan şərqşünaslar da səhvə yol verirlər.

    Evlənməməyi bir üstünlük kimi qəbul edənlərin əslən sufilərin bölgələrindən olmaqları o demək deyil ki, təsəvvüf cərəyanı evlənməməyi öz düşüncə sistemində bir prinsip halına gətirib. Tamamilə əksinə, bu cür hərəkət edənlər (evlənməməyi üstün tutanlar) əslində bununla mənsub olduqları cərəyanın prinsiplərindən birinə əməl etməmiş olurlar. Əlavə olaraq, təsəvvüfün tarixinə nəzər saldıqda belə bir həqiqətlə üzləşirik: Bəzi sufilər deyirlər ki, evli olmayan bir nəfər insanları irşada çatdıra bilməz; yəni, belə bir insanın sufiliyin tədrisi ilə məşğul olmağa ixtiyarı yoxdur. Həmin sufi-alimlərdən biri də böyük Türk sufisi İbrahim Quşadalıdır (1845-ci ildə vəfat edib). O, bu barədə belə demişdir:

    “Təriqətdə bir şeyx mütəəhhil (ailəli, evli) olmasa, öz saliklərini (şagird, tələbə) əqəbeyi-nəfsaniyyədən (nəfsin mane olduğu şeylər) keçirə bilməz. Mütəəhhil olduğu vaxt isə keçirə bilər.

    Deməli, evlilik-ailə təcrübəsini dadmayan ruh fitrət səhnəsində yerinə yetirilməli (həyata keçirilməli) olan sınaqları natamam buraxır. Belə bir şəxsin insanları Allahın yolunda aparmağı tam mənada baş tutmur.” Baxın: Yaşar Nuri Öztürk, Din və fitrət, s. 176. []

  2. Tirmizi, Nikah, 2; ət-Tac, 2/287. []
  3. Böyük alim və sufi Səhl ibn Abdulla belə deyir:

    “Qadınlar Allah tərəfindən əziz peyğəmbərimizə də sevdirildi. Necə ola bilər ki, onlara maraq göstərməyəsən?”

    Digər bir sufi-alim Süfyan ibn Uyeynə isə: “Səhabələrin ibadətə son dərəcə bağlı olan zahidləri belə, çoxarvadlı idilər…”, – demişdir. Baxın: Qazı İyaz, Kitabu-ş-şifa, 1/191. []

  4. Məcməu-z-zəvaid, 1/261; Neylu-l-əvtar, 1/304.

    Məlumdur ki, Quranın Maidə surəsinin 6-cı ayəsində belə deyilir:

    “Qadınlarınızla əlaqədə olmuş və bu vəziyyətdə su tapa bilməmisinizsə, təmiz bir torpqla təyəmmüm edin.”

    Bu ayə göstərir ki, su olmadığı vaxtlarda da cinsi əlaqədə olmaq olar: Xüsusilə şəhvani hislərin gücləndiyi vaxtlarda, eləcə də, suyu olmayan bölgələrdə təyəmmümdən istifadə etmək mümkündür. []

  5. Yusuf, 12/24. []
  6. Tirmizi, Rəda, 17, hədis nömrəsi 1172.

    Quranın Yusuf surəsinin 24 və 33-cü ayələri bu hədisini mənasını təsdiq edir. Eyni zamanda peyğəmbərin cavan qadınlarla əl tutub görüşməməyi və gözlərini qorumağa xüsusi fikir verməyi kimi ehtiyatlı hərəkətlərini də təsdiqləyir. Şeytanın Muhəmməd peyğəmbərə (əs) təsir göstərə bilmədiyini aşağıdakı hədis rəvayəti də təsdiq edir:

    “Allahın elçisi yuxusunda heç kirlənmədi. Yuxusunda ehtilam olmadı ki, yuyunmağı vacib olsun. Çünki yuxuda ehtilam olmaq şeytandandır.” (Baxın: Məcməu-z-zəvaid, 5/122; Süyuti, əl-xəsaisu-l-kübra, 1/173-175. []

  7. Seksual xarakterli haramlardan uzaq durub özünü qorumaq fərz olduğu kimi, qorunmaq üçün lazımi tədbirləri görmək də fərzdir. Bununla belə, insan bu istəyini vacib borclardan qaçmaq məqsədi ilə işə salmamalıdır; yəni, bunu üzrlü bir səbəb kimi irəli sürməməlidir.

    Əl-Cəd ibn Qeys bir gün Muhəmməd peyğəmbərin yanına gəldi və üzrlü bir səbəbinin olduğunu deyərək ondan müharibəyə getməmək üçün icazə istədi:

    “Ey Allahın elçisi! Allaha and olsun ki, bizim camaat da mənim qadınları nə qədər çox sevdiyimi bilir. Mən sarı irqin (sarışın) qadınlarını görən kimi səbrimi basmayıb harama düşməkdən qorxuram. Mənə icazə verin ki, fitnə-fəsada düşməyim.”

    Muhəmməd peyğəmbər (əs) onun bu sözlərini dinlədi və o vaxtkı şəraiti dərk etmək istəmədən adiləşən bu adamla maraqlanmadı. Üzünü döndərdi. Bu hadisə Tövbə surəsinin hökmü ümumi olan 49-cu ayəsinin nazil edilməsinə səbəb oldu:

    “Onlardan eləsi də var ki: “Mənə icazə ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.” Baxın: İbn Kəsir, Tövbə, 49. []

  8. Yusuf, 12/33. []
  9. Tirmizi, Dəavat, 76, hədis nömrəsi 3487. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
15.275 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 6.117 dəfə oxundu
2 Etikaf 23.06.09 4.923 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 13.244 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 4.587 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 5.889 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 5.705 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 5.506 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 19.439 dəfə oxundu
9 Hicabı qadağan edənlər 14.05.09 3.363 dəfə oxundu
10 İnsan cəsədi və avtopsiya 05.02.10 3.521 dəfə oxundu
11 Şirk və küfr 14.07.11 3.462 dəfə oxundu
12 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.090 dəfə oxundu
13 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.067 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 11.222 dəfə oxundu
15 Qadınlar və Cümə namazı 26.03.10 6.696 dəfə oxundu
16 Quranda əşyaların dili 04.07.11 14.133 dəfə oxundu
17 Mutəvatir hədis 28.09.12 1.891 dəfə oxundu
18 Vəsilə nədir? 27.05.16 2.040 dəfə oxundu
19 Münafiqlərin korluğu 10.04.10 1.981 dəfə oxundu
20 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.747 dəfə oxundu
21 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.403 dəfə oxundu
22 Hikmət 09.01.16 4.039 dəfə oxundu
23 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.454 dəfə oxundu
24 Nikaha nəzarət 14.05.09 6.545 dəfə oxundu
25 Ölüdən kömək gözləmək 28.03.10 3.746 dəfə oxundu
26 Quranı öyrənmənin üsulu 16.12.15 4.422 dəfə oxundu
27 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 989 dəfə oxundu
28 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.828 dəfə oxundu
29 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.469 dəfə oxundu
30 Faiz 29.03.10 4.344 dəfə oxundu
31 QÜTBÜ ƏZƏM 24.03.14 2.424 dəfə oxundu
32 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.408 dəfə oxundu
33 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.143 dəfə oxundu
34 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 2.396 dəfə oxundu
35 Namazları cəm etmək 08.04.10 6.671 dəfə oxundu
36 Seyyidlər kimlərdir? 16.10.11 7.632 dəfə oxundu
37 Qəza-qədər məsələsi 24.02.13 3.972 dəfə oxundu
38 Qadınların döyülməsi 29.03.17 1.208 dəfə oxundu
39 Quranda və sünnədə namaz vaxtları 11.09.14 6.047 dəfə oxundu
40 Vərdişlər 10.04.10 2.585 dəfə oxundu
41 Qurana və ənənəyə görə dindən dönmənin cəzası 03.12.14 1.813 dəfə oxundu
42 Mütə nikahı (siğə) 07.03.13 8.223 dəfə oxundu
43 Tağut 28.04.17 2.629 dəfə oxundu
44 İnsan peyğəmbər 06.07.09 3.689 dəfə oxundu
45 Allah, insan və xələf-sələf 12.04.10 2.756 dəfə oxundu
46 Kişinin seksuallığı 09.01.12 15.275 dəfə oxundu
47 Vəhy 12.04.13 1.797 dəfə oxundu
48 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 342 dəfə oxundu
49 Təsbeh 06.07.09 3.616 dəfə oxundu
50 Nəsx və daşqalaq cəzası 27.05.10 4.468 dəfə oxundu
51 Fitr sədəqəsi 20.06.09 3.651 dəfə oxundu
52 İsra və Merac 02.04.16 1.153 dəfə oxundu
53 Dinlər tarixinin əhəmiyyəti 13.05.13 2.342 dəfə oxundu
54 Hamının bildiyi Namaz. 26.01.18 511 dəfə oxundu
55 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 3.332 dəfə oxundu
56 Qəndil 30.06.09 7.699 dəfə oxundu
57 Şəfaət 08.04.10 3.118 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 4.735 dəfə oxundu
59 Təvəssül 10.06.13 3.038 dəfə oxundu
60 “Ən zəif ev” 09.03.18 275 dəfə oxundu
61 Ailənin adından bir qurban 26.02.10 3.607 dəfə oxundu
62 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.731 dəfə oxundu
63 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.511 dəfə oxundu
64 Piramida və şəbəkə marketinqi 24.02.12 2.503 dəfə oxundu
65 İslamda geyim ədəbi 05.06.13 3.282 dəfə oxundu
66 Yusifin köynəyi, Yaqubun gözü. 30.03.18 375 dəfə oxundu
67 Donuz dərisi 02.11.09 3.204 dəfə oxundu
68 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.549 dəfə oxundu
69 İslamda falçılığa münasibət 27.11.10 7.646 dəfə oxundu
70 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 2.961 dəfə oxundu
71 İudaizmdə Tanrı anlayışı 16.06.13 2.190 dəfə oxundu
72 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 107 dəfə oxundu
73 Heyzli qadının ibadəti 24.02.10 43.152 dəfə oxundu
74 Oruc və orucun başlanğıcı 27.08.10 9.363 dəfə oxundu
75 Şəfaət inancı 08.02.11 2.874 dəfə oxundu
76 Muhəmməd peyğəmbərin dövründə notarius 31.05.12 1.839 dəfə oxundu
77 Uşaqların evləndirilməsi 26.01.15 2.967 dəfə oxundu
78 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 3.963 dəfə oxundu
79 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 2.430 dəfə oxundu
80 Zikrin fəzilət və faydaları 26.11.10 4.666 dəfə oxundu
81 Kəramət nə deməkdir? 15.02.11 3.649 dəfə oxundu
82 Qadınların sünnəti 15.07.12 13.267 dəfə oxundu
83 Əsirlərə qarşı münasibət necə olmalıdır? 12.02.15 2.011 dəfə oxundu
84 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.480 dəfə oxundu
85 Quran və müsəlmanlar 29.01.10 4.573 dəfə oxundu
86 Dua 25.11.10 6.944 dəfə oxundu
87 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 5.461 dəfə oxundu
88 Əsl kafir kimdir? 21.07.12 8.865 dəfə oxundu
89 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.058 dəfə oxundu
90 Qadınların şahidliyi 14.05.09 2.872 dəfə oxundu
91 Dəlillərlə Cümə namazı 12.02.10 6.059 dəfə oxundu
92 Donuz əti və ziyanları 08.12.10 5.654 dəfə oxundu
93 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 2.481 dəfə oxundu
94 Ekvatordan qütblərə qədər namaz vaxtları 01.08.12 2.441 dəfə oxundu
95 Ölüm hökmü: Qisas və Edam 05.06.15 1.438 dəfə oxundu
96 Hicab və örtünmək (təsəttür) 14.05.09 3.773 dəfə oxundu