Müsəlmanlar
Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır?

Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır?

Sual: Siz rəcm barədə bəzi ayələrdəki “əl-əzab” sözünü “100 dəyənək cəzası” kimi şərh etmisiniz. Görəsən, “əl-əzab” sözü ilə axirət əzabı nəzərdə tutulur? “Peyğəmbər xanımları zina etdiyi vaxt əzabı ikiqat olar” ayəsini “200 dəyənək” olaraq şərh edirsiniz. Elə isə ayədən “peyğəmbər xanımları axirətdə ikiqat əzaba məruz qalacaq” kimi bir məna çıxmırmı? Siz bu sözün mənasından nə üçün bu qədər arxayınsınız?

Cavab: Quranın Nur surəsinin 2-ci ayəsində zina edən qadınla kişiyə verilməli olan cəzaya (əl-əzab) bir dəstə mömin şahidlik etməlidir. Şahidlik tələb olunan cəza (əl-əzab) bu dünyadakı cəzadır.

Eyni surənin 8-ci ayəsində bildirilir ki, əri tərəfindən zina etməklə ittiham olunan qadın 4 dəfə and içməklə o cəzadan (əl-əzab) xilas ola bilər. Həmin qadın həqiqətən də, zina etmiş ola bilər. Amma əri şahid tapa bilmədiyinə görə dünyadakı əzabdan, yəni, 100 cəldə/dəyənək cəzasından azad olur.

Burada bir sual yaranır: Qadın həqiqətən zina etmişsə, axirətdəki cəzadan da xilas ola bilərmi? Təbii ki, xilas ola bilməz. Deməli, zinadan danışan ayələrdəki “əl-əzab” ifadəsi axirətdəki cəzanı deyil, dünyadakı cəzanı, yəni, 100 cəldəni bildirir.

Yeri gəlmişkən, sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/tedqiqatlar/2133.html

http://www.muselmanlar.com/fitvalar/2150.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.