Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Tövsiyə-məsləhət Tarix: 03 Ocak 2012 Tövsiyə et Çap et
Sual: Mən evlənmək istəyirəm. Ancaq xasiyyətim pisdir. Qorxuram ki, evləndikdən sonra yoldaşıma əzab-əziyyət verim. Bu səbəbdən evlənmək də istəmirəm. Qalmışam çar-naçar. Xahiş edirəm, bu məsələni dini cəhətdən qiymətləndirin.

Cavab: Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı tövsiyə edirik:

Həyat yoldaşına zülm verməkdən ehtiyat etmək1

Subaylığı üzrlü hala gətirən 3-cü dərəcəli və ən aşağı səviyyədə olan bir səbəb də kişinin yoldaşına zülm verəcəyindən ehtiyat etməsi və ya ona qarşı evlilik əqdindən yaranan öhdəlikləri yerinə yetirə bilməməkdən qorxmağıdır. Təbii ki, bu, olduqca xüsusi bir səbəbdir. Hətta onu səbəb kimi qəbul edib subay qalmaq qərarına gəlmək mənəvi cəhətdən təhlükəlidir. Çünki gələcəyi ancaq Allah bilir; gələcək Onun sərəncamındadır.

Əlavə olaraq, bu cür həssas düşünəcək qədər ehtiram, təzim və qorxu (Allah xofu) olan bir insan öz üstünə düşən öhdəlikləri zülm etmədən də yerinə yetirə bilər. Bu səbəblə əlaqədar olaraq tündxasiyyətli bəzi müstəsna şəxslərə olsa da, bəraət qazandıran bir hədisi aşağıda qeyd etmək istərdik:

İbn Abbas (r. a.) nəql edir ki, Əsəm qəbiləsindən bir qadın Allahın elçisinin yanına gəldi və ondan belə bir şey xahiş etdi:

-Ya rəsuləllah! Mən dulam. Mənə kişinin (ərin) arvadının boynundakı haqları başa sal. Onlar nədən ibarətdir? Əgər görəsm ki, qadının öhdəliklərini yerinə yetirə bilərəm, o vaxt ərə gedərəm. Əgər bunun mümkün olmadığını düşünsəm, dul kimi yaşamağa davam edərəm.

Allahın elçisi (əs) o qadına belə dedi:

Ərin arvadının üstündəki əsas haqqı odur ki, onun ürəyi istədiyi vaxt qadın onunla cinsi əlaqədən qaçmasın. Ərin arvadının üzərindəki o biri haqları isə bunlardır:

a) Qadın müstəhəb orucları ancaq ərinin icazəsi ilə tutmalıdır. Əri ilə razılığa gəlmədən oruc tutan qadın (arvadlıq vəzifəsini yerinə yetirməkdən boyun qaçırmış və ərinin haqqını tapdamış olacağına görə) sadəcə olaraq ac-susuz qalmış olur. Çünki orucu qəbul olunmaz.

b) Qadın ərindən icazəsiz (dini və adət-ənənə ilə əlaqədar səbəblər olmadan, şübhəyə səbəb olacaq şəkildə) evindən çıxmamalıdır. Çıxıb ictimai münasibətlər yaratmamalıdır. Əgər çıxsa, səma, rəhmət (mərhəmət) və əzab mələkləri ona evinə qayıdana qədər ilahi mərhəmətdən kənarlaşdırılmağı üçün qarğış edərlər.

Muhəmməd peyğəmbərin (əs) bu cavabını eşidən qadın belə dedi:

Mənim başqa əlacım yoxdur. Əsla ərə getməyəcəyəm.2

İndi isə yaxşı olar ki, bu hədis vasitəsilə səhv şərhlər verilməyinin qarşısını alan bəzi məlumatlar verək:

Ər-arvad evlilik əqdindən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Buna görə də ərdə olan bir qadın aybaşı (heyz) və zahılıq kimi dini, xəstəlik kimi tibbi-fizioloji səbəblər olmadığı halda, cinsi əlaqədə olmaq öhdəliyindən boyun qaçıra bilməz. Belə etməməlidir. Çünki bunu üzrsüz səbəbdən təxirə salmaq belə, arada ərinin haqqı tapdandığı üçün qadını günahkar hala salır.

Eynilə bunun kimi, ərdə olan bir qadın ərində başqa bir kişi ilə münasibətdə olduğuna dair şübhə yaradacaq şəkildə məlumat vermədən – özbaşına gəzib dolaşa bilməz, ictimai münasibətlər yarada bilməz.

QEYD: İslam dinində evlənməmək yaxşı qarşılanmır. Odur ki, hər bir müsəlman ailə qurmalıdır. Bizim sizə tövsiyəmiz də bu səpkidədir. Bununla belə, biz sadəcə olaraq əsas prinsiplər və ümumi qaydalardan danışırıq. Daha doğrusu, saytımıza daxil olan suallara cavab veririk. Evlənmək məsələsində seçim və qərar sizin özünüzdə asılıdır. Ömür boyu subay qalmaq olmaz. Yaxşı olar ki, ailə qurub oğul-uşaq sahibi olasınız.

Evlilik və ailə həyatı ilə əlaqədar olaraq aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/evlilik-aile-heyati

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. MƏNBƏ: Ali Rza Demircan, İslama əsasən seksual həyat, Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov (fəlsəfə doktoru: fəlsəfə və ilahiyyat elmləri). []
  2. Məcməu-z-zəvaid, 2/306-307; əl-mətalibu-l-aliyətu, hədis nömrəsi, 1607. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.938 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır? 08.02.16 932 dəfə oxundu
2 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.486 dəfə oxundu
3 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.487 dəfə oxundu
4 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 2.547 dəfə oxundu
5 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 26.831 dəfə oxundu
6 Bu zəmanədə Qurana nə cür xidmət etmək olar? 06.02.14 1.859 dəfə oxundu
7 Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır? 18.11.14 1.266 dəfə oxundu
8 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 3.194 dəfə oxundu
9 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 900 dəfə oxundu
10 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.512 dəfə oxundu
11 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 2.172 dəfə oxundu
12 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 1.004 dəfə oxundu
13 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 15.025 dəfə oxundu
14 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.162 dəfə oxundu
15 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 513 dəfə oxundu
16 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 2.647 dəfə oxundu
17 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 2.849 dəfə oxundu
18 Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı? 10.07.17 324 dəfə oxundu
19 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.633 dəfə oxundu
20 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.387 dəfə oxundu
21 Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik? 28.07.17 98 dəfə oxundu
22 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.418 dəfə oxundu
23 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.525 dəfə oxundu
24 İnsanları səhv məlumatlandıran müəllimlərə qarşı nə etməliyik? 06.04.18 142 dəfə oxundu
25 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.879 dəfə oxundu
26 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 4.055 dəfə oxundu
27 Bir müəllimin ən mühüm xüsusiyyəti nə olmalıdır? 07.05.18 227 dəfə oxundu
28 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 4.043 dəfə oxundu
29 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.348 dəfə oxundu
30 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.088 dəfə oxundu
31 Qızla oğlan dostluğuna necə baxırsız? 24.12.18 470 dəfə oxundu
32 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 5.793 dəfə oxundu
33 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 3.116 dəfə oxundu
34 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 2.938 dəfə oxundu
35 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 3.915 dəfə oxundu
36 Ümidsizliyin əlacı nədir? 03.12.10 4.774 dəfə oxundu
37 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.138 dəfə oxundu
38 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 4.332 dəfə oxundu
39 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 2.471 dəfə oxundu
40 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 4.388 dəfə oxundu
41 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.743 dəfə oxundu
42 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 16.781 dəfə oxundu
43 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 3.809 dəfə oxundu
44 Quranda hər şey yazılıb? 15.01.10 4.139 dəfə oxundu
45 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 5.458 dəfə oxundu
46 Müvəqqəti formada içkili bir yerdə işləmək olar? 25.06.12 2.212 dəfə oxundu
47 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 7.727 dəfə oxundu
48 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 3.926 dəfə oxundu
49 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.675 dəfə oxundu