Müselmanlar
Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır?

Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır?

Sual: Quranın Hucurat surəsinin 7-ci ayəsində: “Bilin ki, Allahın elçisi sizin aranızdadır”, - deyilir. Məlumdur ki, Muhəmməd peyğəmbər vəfat edib. Elə isə bu ayəni nə cür başa düşməliyik? Görəsən, bu ayə nəsx edilib, yoxsa yox?

Cavab: Gəlin, hər şeydən əvvəl həmin ayəyə nəzər salaq:

وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ

“Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.”

Bu ayənin hökmü bu gün də qüvvədədir. Yəni, ayə mənsux (nəsx edilmiş) deyil. Əhzab surəsinin 21-ci ayəsində belə deyilir:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.”

Bu ayədən də göründüyü kimi, peyğəmbərimiz Muhəmməd (s. a. v.) bizim üçün öz sözləri, eləcə də əməl və hərəkətləri ilə nümunədir.

Biz bütün dərslərimizdə peyğəmbərimizin (s. a. v.) həyatından, qısa desək, onun Sünnəsindən misallar veririk. Çünki insanlara bir örnək (nümunə) lazımdır.

Əlavə olaraq, hər namazda Fatihə surəsini oxuyur və: “Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!”, – deyirik. Deməli, bizim üçün nümunə olan simalar lazımdır. Onların – nemət bəxş edilənlərin başında Muhəmməd peyğəmbər (s. a. v.) durur.

Nəticə etibarilə Muhəmməd peyğəmbər (s. a. v.) hal-hazırda bizim aramızda olmasa da, onun Sünnəsi bizim üçün qüvvədə qalmağa davam edir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin