Müsəlmanlar
Qız uşağına Lara adı qoymaq olar?

Qız uşağına Lara adı qoymaq olar?

Sual: Bizim bir qızımız dünyaya gəldi. Adını Lara qoymaq istəyirik. Bir çox mənbədə deyilir ki, bu sözün mənası “su pərisi” deməkdir. Uşağa münasib bir ad qoymaq istəyirik. Lara adında dini cəhətdən bir eyib var?

Cavab: Bizim Lara sözünün mənşəyi və mənası haqqında məlumatımız yoxdur.

Lara adı ölkəmizdə yayılmış bir ad deyil. Buna görə də uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız. Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

QEYD: Yaxşı olar ki, uşağa Lara adının əvəzinə Gülarə (Fars dilində gül bəzəyən deməkdir) adını qoyasınız. Bu ad ölkəmizdə geniş yayılmış adlardan biridir. Yenə də məsləhət və seçim sizindir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.