Müsəlmanlar
Varislərdən biri dinin miras sistemini rədd etsə, nə olar?

Varislərdən biri dinin miras sistemini rədd etsə, nə olar?

Sual: Bizə atamızdan miras qaldı. Biz bacı-qardaşlar istəyirik ki, onu Qurandakı miras sisteminə əsasən bölüşək. Ancaq aramızdan bir nəfər (qardaş) bunu qəbul etmir. Deyir ki, miras malları mülki hüquqa əsasən bölüşdürülməlidir. Belə olan halda nə edə bilərik?

Cavab: Bu, normal bir haldır. Yəni, hamı Allahın əmrinə mütləq surətdə tabe olmaq istəməyə bilər. Əlbəttə ki, mirası Qurana əsasən paylanmağını istəyən kişi (ölənin oğlu, oğlan) öz payını ala bilər. Adətən belə olur. Çox vaxt zərrə qədər dindar olmayan bir kişi miras məsələsində Qurandakı hökmlərin tətbiq olunmağını istəyir. Başqa cür desək, bu sistem ona sərf etdiyi üçün bir anda “dindar” olur. Mən bunu dəfələrlə müşahidə etmişəm.

Mirasda miqdarlar məsələsində dəyişik etmək olmaz. Bu, Nisa surəsində Allah tərəfindən qadağan edilib. Odur ki, miras mallarını sualınızda qeyd etdiyiniz kimi bölüşdürülməyinə səbəb olan qardaş buna görə Allah qarşısında cavabdehlik daşıyır. Əgər qızlardan (bacı) biri qardaşlarla eyni payı alıbsa və arada halallıq yoxdursa, bacı da buna görə cavabdeh hesab edilir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.