İslamda xədimləşməyə münasibət
Müsəlmanlar > Cinsi həyat > Fitvalar Tarix: 28 Aralık 2011 Tövsiyə et Çap et
Sual: İslam dininə əsasən bir kişi özünü xədim edə yaxud etdirə bilər? Evlənməyə imkanı çatmayan adam belə etsə, günah olar? Bu barədə nə deyərdiniz?

Cavab: Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:

“İslam dinində evlənməmək və özünü cinsi həyatdan təcrid etmək – ruhbanlıq-rahiblik yoxdur.

Hər ümmətin özünəməxsus bir ruhbanlığı var. Mənim ümmətimin (müsəlmanların) ruhbanlığı Allah yolunda cihad etməkdir.

Həyatı özünüzə çətin hala salmayın. Elə etməyin ki, sizə də çətinlik törədilməsin. Tarixi cəmiyyətlərdən biri olan xristianlar ruhbanlığa meyl etdilər. Həyatı özləri üçün çətinləşdirdilər. Beləcə, gün-güzəranları çətinləşdi. Budur, onların özlərindən çıxartdıqları (qondarma) ruhbanlığın qalıqları monastırlardadır. Allah onlarla əlaqədar olaraq belə deyir:1

“Biz onlara ruhban olmağı (rahiblik) tapşırmadıq. Onlar bunu Allahın razılığını qazanmaq məqsədilə özləri uydurdular. Ancaq sonra ona layiqincə riayət etmədilər.” (Hədid, 57/27)

İslam dinində seksual aktivliyi aradan qaldırmağa cəhd etmək haramdır

Uca Allahın lənətlədiyi, bununla belə, insanları yoldan çıxardan işlər görməyinə icazə verdiyi şeytan o vaxt belə and içmişdi:

“Mən insanlara təlqin edəcəyəm, onlar da Allahın yaratdığı varlıqlardakı təbii quruluşu pozacaq, əsl məqsədindən uzaqlaşdıracaqlar.”

Quranın yuxarıda mənası verilən bu ayəsinə (Nisa, 4/119) əsasən insanın xilqət (yaradılış) nizamını bu və ya digər şəkildə pozub dəyişdirmək şeytan əməlidir və haramdır.

Bu ayə və peyğəmbərin onu izah edən qadağalarına əsasən İslam dini seksual qabiliyyətin insanın özü və ya başqa bir nəfər tərəfindən aradan qaldırılıb yox edilməsini, o cümlədən belə bir arzu və təşəbbüsü qəti surətdə qadağan edib. Şübhəsiz ki, buradakı əsas məqsəd insanın yaradılışla zidd düşməyi kimi bir ehtimalın və onun ilahi imtahana üsyan etməyinin qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, seksual iqtidarı aradan qaldırmağın əsas yolu xədimləşmək və kimi isə xədim etməkdir.

Xədimləşmək

Xədimləşmək kişinin yumurtalarını çıxartmaq və ya onları burmaqla seksual iqtidarını və dölləmə (mayalandırma) qabiliyyətini aradan qaldırmaq deməkdir. Bu, insanın özünə qarşı etdiyi bir zülmdür. Halbuki insan özünə zülm tətbiq etməli deyil. Əksinə, özünə ədalətlə yanaşmalıdır. Çünki peyğəmbərimiz (əs): “Nəfsinin də sənin boynunda haqqı var”, – demişdir.2

Məlumdur ki, İslam dini Allahın elçisi həzrəti Muhəmməd (əs) tərəfindən təbliğ edilirdi. O vaxt imkanı olmadığına görə evlənə bilməyən və günaha batmaqdan ehtiyat edən bəzi möminlər xədimləşmək barədə fikirləşirdilər. Ancaq onlar peyğəmbərin qəti qadağası ilə üzləşdilər. Aşağıdakı hədislər də xədimləşməyin İslam dinində qadağan olduğunu açıq-aydın göstərir:

Əbu Hüreyrə (ra) belə rəvayət etmişdir:

“Mən bir problemim haqda peyğəmbərə dedim:

-Ya rəsulallah, siz də bilirsiniz ki, mən cavanam. Nəfsimə hakim olmamaqdan – şəhvani hislərimə təslim olmaqdan çəkinirəm. Zina günahına batmaqdan qorxuram. Evlənməyə də imkanım yoxdur. Bu halda özümü xədim edə bilərəm?

Peyğəmbər mənə cavab vermədi. Mən eyni məsələni təzədən dilə gətirdim. Bunu 2-3 dəfə təkrar etdim. Yenə cavab vermədi. Bu sualı 4-cü dəfə soruşduqda isə belə dedi:

يَا اَبَا هُرَيْرَةَ جَفّ الْقَلَمُ بِمَا اَنْتَ لاقٍ فَاخْتَصِ عَلَى ذَلِكَ اَوْ ذَرْ

-Ey Əbu Hüreyrə! Qəza-qədər ssenarisini yazan qələmin işi başa çatdı.

Bu vəziyyətə görə istər xədimləş, istərsə də xədimləşmə. Bunun əhəmiyyəti yoxdur. O halda sən sənə əmr verildiyi kimi yaşa, xədimləşməyə cəhd etmə!”3

Səid ibn As rəvayət edir ki, Osman ibn Mazun Allahın elçisindən belə bir şey xahiş etdi:

-Ya rəsulallah! Mən xədimləşmək istəyirəm. Buna icazə verirsinizmi?

Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi:

-Allah qadınlardan uzaqlaşmağı (ruhbanlıq) bizim üçün evlilik və tətbiq edilməsi asan olan İslam şəriəti ilə dəyişdirdi. Əgər sən də bizim kimi İslama iman gətirənlərdənsənsə, bizim etdiyimiz kimi et (xədimləşməyə cəhd etmə, evlən)!”4

Nəticə olaraq, İslama əsasən özünü və ya başqasını xədim etmək qəti surətdə qadağandır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: Kəşfu-l-xəfa, hədis nömrəsi 3154; İbn Kəsir, Hədid, 27. []
  2. Buxari, Ədəb, 86, Savm (oruc), 51; ət-Tac, 2/99. []
  3. Buxari, Nikah, 7. []
  4. Ayni, 20/72; Sünən-i-Nəsai, 6/59. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.889 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mən hamilə idim. Uşaq düşdü. Nə vaxt cinsi əlaqədə ola bilərəm? 22.03.10 18.518 dəfə oxundu
2 Süni mayalanma yolu ilə övlad sahibi olmaq olar? 08.03.10 21.279 dəfə oxundu
3 Hamiləlikdə cinsi əlaqə 25.02.10 25.541 dəfə oxundu
4 Aybaşı vaxtı cinsi əlaqə 21.01.10 95.923 dəfə oxundu
5 Ər-arvad bir-birinin cinsiyyət üzvünü görə bilər? 20.01.10 41.084 dəfə oxundu
6 Masturbasiya məkruhdursa, niyə əzab verir? 20.01.10 18.657 dəfə oxundu
7 Masturbasiyada evli və subay arasında bir fərq var? 20.01.10 15.988 dəfə oxundu
8 Masturbasiya məkruhdur, yoxsa haram? 20.01.10 34.031 dəfə oxundu
9 Abortun hökmü 09.06.11 16.843 dəfə oxundu
10 Cinsi əlaqəyə aybaşı halı qurtalandan sonra qüsl almadan girmək olarmı? 13.04.18 1.247 dəfə oxundu
11 Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz? 19.07.11 15.857 dəfə oxundu
12 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 71.854 dəfə oxundu
13 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 72.107 dəfə oxundu
14 Uşağın yanında neçə yaşına qədər cinsi əlaqədə olmaq olar? 26.08.14 21.067 dəfə oxundu
15 İslam dininə əsasən həyat yoldaşı ilə cinsi əlaqəyə də savab verilir? 16.12.11 21.241 dəfə oxundu
16 Toy gecəsi aybaşı 14.06.10 97.798 dəfə oxundu
17 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.984 dəfə oxundu
18 İslamda xədimləşməyə münasibət 28.12.11 5.889 dəfə oxundu
19 Oral cinsi əlaqə 15.06.10 69.857 dəfə oxundu
20 Bayramlarda cinsi əlaqə 21.11.10 11.414 dəfə oxundu
21 Kişinin seksuallığı 09.01.12 15.860 dəfə oxundu
22 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 25.465 dəfə oxundu
23 İslamda cinsi təlim-tərbiyəyə münasibət 08.02.12 5.485 dəfə oxundu
24 Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır? 18.07.14 13.361 dəfə oxundu
25 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 20.954 dəfə oxundu
26 Cima 15.03.12 6.777 dəfə oxundu
27 Ər-arvad həftənin 3-cü günü cinsi əlaqədə ola bilməzlər? 20.06.14 12.052 dəfə oxundu
28 Uşaqlıq borularını bağlatdırmaq olar? 27.01.11 11.324 dəfə oxundu
29 Ər və arvad öz intim münasibətlərindən danışa bilərlər? 03.04.12 12.849 dəfə oxundu
30 Bakirəliyin əhəmiyyəti 17.12.09 18.473 dəfə oxundu
31 İslamda vazektomiyaya necə baxılır? 27.01.11 9.074 dəfə oxundu
32 Aybaşı 7-ci gündə başa çatmasa, cinsi əlaqədə olmaq olar? 16.05.12 14.631 dəfə oxundu
33 Masturbasiyanın hökmü 15.06.10 78.403 dəfə oxundu
34 Qəndil gecələrində cinsi əlaqədə olmaq qadağandır? 16.02.11 6.172 dəfə oxundu
35 Ər-arvadın dodaqdan öpüşməyi günahdır? 13.09.12 14.441 dəfə oxundu
36 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 26.355 dəfə oxundu
37 Daşıyıcı analıq yoluyla uşaq sahibi olmaq olar? 04.12.12 3.938 dəfə oxundu
38 Qadınların cinsi təcrübələrini öz aralarında danışmaqları günahdır? 27.02.11 13.324 dəfə oxundu
39 Ər-arvadın arasında hansı cinsi haramlar var? 20.07.13 32.909 dəfə oxundu
40 Qadınlar da ehtilam olurlar? 17.03.11 23.006 dəfə oxundu
41 Məzi bulaşmış şalvarla namaz qıla bilərik? 04.01.16 3.179 dəfə oxundu
42 Məni, məzi və vədi nədir? 27.01.10 26.619 dəfə oxundu
43 Günahlardan təmizlənmək üçün cinsi əlaqəyə girməyə çağıran təriqət. 08.08.16 1.938 dəfə oxundu
44 Anal cinsi əlaqə 15.06.10 50.295 dəfə oxundu
45 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 79.980 dəfə oxundu
46 Hər hansı bir heyvanla cinsi əlaqənin cəzası nədir? 24.01.18 1.462 dəfə oxundu