Müsəlmanlar

Səfər ayına məxsus bir ibadət var?

Sual: Səfər ayına xas olan və ya digər mübarək günlərə məxsus bir namaz ya da başqa bir ibadət var? Bir də deyirlər ki, Səfər ayı bəla və müsibət ayıdır. Bununla əlaqədar bir neçə mənbəyə baxdım. Müxtəlif fikirlər var. Belə olan halda mən nə etməliyəm? Bu barədə məlumat verə bilərsinizmi?

Cavab: Bəzi gün və gecələrdə qılınmalı olan namazlarla əlaqədar hədislər səhih deyil; uydurmadır. Bir sözlə, Səfər ayında xüsusi namaz, dua və sairə ilə əlaqədar hədis rəvayətlərinin əsli yoxdur.

Odur ki, siz gündəlik (5 vaxt) namazlarınızı qılmağa davam edin. Bununla yanaşı, əgər gecələr təhəccüd namazına dura bilsəniz, onu da qılın. Bunun xaricində qalan və haqqında: “Filan gün və ya gecəyə məxsus filan qədər namazı mütləq qılmaq lazımdır”, – kimi sözlər deyilən “ibadət”lərə fikir verməyin. Qısa desək, bu kimi şeylərə etibar etməyin.

“Filan gün (həftə, ay) filan ibadətləri yerinə yetirmək lazımdır”, – deyənlərdən dəlil-sübut da soruşa bilərsiniz. Bu vaxt bəzi məqamlar sizin üçün tamamilə aydın olar. Çünki ibadətlər ancaq və ancaq nəss (ayə və hədis) ilə sabit hala gəlir.

Səfər ayının bəla və müsibətlər ayı olduğuna dair fikrin də bir əsası yoxdur. Çünki bu ayın digər aylardan heç bir fərqi yoxdur. Ətraflı burada:

http://www.muselmanlar.com/fitvalar/1783.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.