Müsəlmanlar

Namazda gülmək həm namazı, həm də dəstəmazı pozur?

Sual: Məlumdur ki, namazda qəhqəhə çəkib gülmək həm dəstəmazı pozur, həm də namazı. Bəs namazda olmadığımız vaxtlarda gülmək niyə dəstəmazı pozmur?

Cavab: Namazda gülmək dörd məzhəbin fikrincə namazı pozur. Təkcə Hənəfi məzhəbinə mənsub olanlar belə hesab edirlər ki, bu halda həm namaz, həm də dəstəmaz pozulur. Ancaq onların bu məsələ ilə əlaqədar dəlilləri, daha doğrusu, dəlil kimi irəli sürdükləri hədislər bu sahənin alimləri tərəfindən mötəbər qəbul edilmir. Deməli, qəhqəhə çəkib gülən şəxsin dəstəmazı namazda da, namazdan kənarda da pozulmur.

Quranda belə deyilir:

“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün.” (Maidə, 5/6)

Bu ayəyə əsasən dəstəmazı pozan şeylər (ayaqyolundan) kənarda olsa da, ayaqyolunda baş verən işlərdir. Bunlar da hamıya məlumdur: Yel çıxartmaq, böyük və kiçik təbii ehtiyacları ödəmək. Namazda gülmək isə bunlardan biri deyil.

Sualınızla əlaqədar olaraq aşağıdakı cavablara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3633.html

http://www.muselmanlar.com/fitvalar/destemaz

http://www.muselmanlar.com/fitvalar/3187.html

http://www.muselmanlar.com/fitvalar/2025.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.