Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar?
Müsəlmanlar > Fiqh üsulu > Fitvalar Tarix: 07 Aralık 2011 Tövsiyə et Çap et
Sual: İslam dinində deyilir ki, cəmiyyətdə dəli kimi tanınan, yəni, əqli cəhətdən qüsurlu olan insanlar o biri dünyada sorğu-sual edilməyəcəklər. Bilmək istəyirəm, bu kateqoriyaya təkcə ağlı yerində olmayanlar daxildirlər? Yoxsa şizofreniya, paranoya və şəxsiyyətin ikiyə bölünməyi kimi psixi xəstəliklər də belədir? Misal üçün, şizofreniya xəstəsi olan bir nəfər cinayət törətsə, cavabdeh sayılmır?

Cavab: Bir hüquq termini kimi yaxşını pisdən, xeyir (gəlir, mənfəət) və zərəri (ziyan) bir-birindən ayırd etməyə yarayan zehni qüvvələr baxımından kafi olan şəxsləri bildirən məfhumlar aqil və yaxud əql sahibi məfhumlarıdır.

Ağıl (əql) və ayırdetmə qabiliyyətində pozulma baş verdiyi vaxt insanın dini məsuliyyəti aradan qalxır.

Allah Quranda: “Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”, – deyir (Bəqərə, 2/286).

Muhəmməd peyğəmbər (s. a. v.) isə bununla əlaqədar olaraq belə demişdir:

“Üç nəfərin üstündən cavabdehlik götürülmüşdür: Ağlı olmayan (dəli), yuxuda olan (yatan) şəxs və həddi-büluğa çatmamış uşaq.”1

Əqli problemlər ayırdetmə qabiliyyətini tamamilə və ya qismən aradan qaldırmağı, eləcə də anadangəlmə olub olmamağı və müntəzəm və vaxtaşırı üzə çıxıb çıxmaması baxımından qiymətləndirilir. Bu o deməkdir ki, belə hallarda hər bir xəstənin xəstəliyinin dərəcəsinə əsasən ağıl və ayırdetmə qabiliyyətini itirib itirmədiyinə baxılır. Ona görə də hər bir xəstə barədə verilən hökm digərlərindən fərqli olur.

Sualınızda qeyd etdiyiniz vəziyyətdə olan insanların ağıl və ayırdetmə qabiliyyətini tamamilə aradan qaldıran xəstəlikləri davam etdikcə gördükləri iş məqbul hesab olunmur. Bu vaxt törətdikləri cinayətlərə görə onlara hər hansı bir cəza tətbiq olunmur. Onlar hər növ fiziki cəzadan azaddırlar. Çünki onlar buna qabil deyillər. Bununla belə, başqalarına vurduqları maddi ziyanlar öz mallarından ödətdirilir.

Bu məsələlərlə əlaqədar geniş məlumat üçün  aşağıdakı mənbədən istifadə edə bilərsiniz:

Mustafa Uzunpostalcı, “İslam hukukunda ehliyeti daraltan veya ortadan kaldıran sebepler” (Türk dilində), İslam Hukuku Araştırmaları Dergisi (jurnal), nömrə 9, il 2007, səhifə 67-100.

Aşağıdakı linklərdə də bununla bağlı ətraflı məlumat verilir:

http://www.muselmanlar.com/fitvalar/2732.html

http://www.muselmanlar.com/fitvalar/905.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Hüdud, 16; Tirmizi, Hüdud, 2. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.132 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.884 dəfə oxundu
2 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.577 dəfə oxundu
3 Məntiq elmi Quranı yaxşı başa düşməyə kömək edə bilər? 06.04.11 1.850 dəfə oxundu
4 Harama aparan yollar da haramdır? 05.05.11 1.627 dəfə oxundu
5 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 1.757 dəfə oxundu
6 Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir? 01.06.11 1.548 dəfə oxundu
7 Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar? 07.12.11 4.132 dəfə oxundu
8 Haram nədir və hansı növləri var? 31.08.09 3.814 dəfə oxundu
9 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.808 dəfə oxundu
10 Fərz nədir və hansı növləri var? 31.08.09 3.702 dəfə oxundu
11 Mühərrəmat 19.04.12 1.207 dəfə oxundu
12 Əda əhliyyəti hansı hallarda aradan qalxır? 31.08.09 1.857 dəfə oxundu
13 Rəsulullahın Quranı təbyin etməyi onu izah mənasına gəlirmi? 03.07.13 1.439 dəfə oxundu
14 Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər 31.08.09 1.859 dəfə oxundu
15 İctihad və müctehid nə deməkdir? 29.06.09 3.429 dəfə oxundu
16 İslam hüququnda fasiqlər barədə nə deyilir? 12.03.10 2.325 dəfə oxundu
17 Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb? 12.04.10 2.703 dəfə oxundu
18 9 yaşlı bir qız uşağı aybaşı görsə, dini cəhətdən cavabdeh hesab olunur? 16.06.10 4.525 dəfə oxundu
19 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 5.717 dəfə oxundu