Arvadının südünü içən kişi onun süd oğlu olur?
Müsəlmanlar > Cinsi həyat > Evlilik-ailə həyatı > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu Tarix: 05 Aralık 2011 Tövsiyə et Çap et
Sual: Mən hamiləyəm. Bir neçə gün bundan əvvəl ərimlə cinsi yaxınlıq vaxtı mənə dedi ki, ağzıma süd getdi. Belə olan halda, yəni, arvadının südünü içən kişi onun süd oğlu olur?

Cavab: Ər-arvadın arasında belə bir şeyin baş verməyi normal bir haldır. Buna əsasən aralarında süd qohumluğu yaranmır və bir-birlərinə haram olmurlar.

Süd qohumluğunun yaranmağı üçün bir qadının 0-2 yaşın arasındakı bir uşağı qidalandırmaq məqsədilə əmizdirməyi lazımdır. Bir hədisdə deyilir ki, süd qohumluğu təkcə 2 yaş ərzində əmizdirilən südlə yaranır.1 Odur ki, belə bir halla üzləşən ər-arvad süd qohumu olmurlar.

Bu məsələ ilə əlaqədar olaraq İmam Malikin Muvatta adlı əsərində belə bir məlumat var:

“Bir adam gəlib Əbu Musa əl-Əşaridən soruşdu:

“Mən arvadımın döşünü əmdim, qarnıma süd getdi. Bunun hökmü nədir?”

Əbu Musa cavab olaraq: “Bu səbəbdən o qadın sənə haramdır”, – dedi.

Abdulla ibn Məsud da orada idi və sözə qarışdı:

“Necə fitva verdiyinə fikir ver!”

Əbu Musa: “Bu barədə sənin fikrin nədir ki?”, – deyə, soruşdu.

Abdulla ibn Məsud belə dedi:

“Haramlıq yaradan əmizdirmək işi ancaq doğumdan sonrakı 2 il ərzində olur”.

Bu sözdən sonra Əbu Musa dedi ki, bu böyük alim (Abdulla ibn Məsud) aramızda olduğu vaxt məndən bir şey soruşmayın.”2

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Nikah, 21. []
  2. Muvatta, Radaa, 14. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
78.818 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir insan öz bacı-qardaşının süd qardaş-bacısı ilə evlənə bilər? 15.03.10 6.494 dəfə oxundu
2 İslama əsasən körpəni nə vaxta qədər əmizdirmək lazımdır? 01.11.11 3.788 dəfə oxundu
3 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 7.839 dəfə oxundu
4 Qadın uşağına süd verməlidir, ya yox? 07.01.11 2.919 dəfə oxundu
5 Qurana əsasən körpə neçə ay əmizdirilir? 24, yoxsa 30? 29.05.11 8.466 dəfə oxundu
6 Ana uşağını 2 ildən artıq əmizdirə bilər? 29.09.12 3.356 dəfə oxundu
7 Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var? 06.02.13 3.452 dəfə oxundu
8 Süd bankı təsis etmək dini cəhətdən düzgündür? 25.02.13 1.948 dəfə oxundu
9 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.696 dəfə oxundu
10 Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz? 17.08.13 1.331 dəfə oxundu
11 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 78.818 dəfə oxundu