Müsəlmanlar

Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir?

Sual: Bayramda və ya xüsusi günlərdə yaşca bizdən kiçik olan qohum-əqrəbamızı ziyarət etməliyik? Böyük olaraq biz onlara gedib gəlməliyik? Bu vəziyəti necə izah edə bilərsiniz?

Cavab: Adətən kiçiklərin böyükləri ziyarət etməyi münasib hesab olunur. Amma müxtəlif səbəblərdən və ya səbəbsiz yerə kiçiklər, böyüklərini ziyarət etməsələr və bu da getdikcə qohumluq əlaqələrinin tamamilə aradan qalxmasına doğru gedirsə (təəssüf ki, son zamanlarda belə bir hal var) böyüklərin sırf Allah rizası üçün bu bayramlaşmaları davam etdirməyi lazımdır.

Əgər belə bir şey var isə siz əlinizdən gəldiyi qədər qohum-əqrəbanızı ziyarət edin, heç kimlə əlaqənizi kəsməyin. Aşağıdakı ayə və hədislər sizin üçün tövsiyə olsun:

Adını anaraq bir-birinizdən bir şey istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrinə hörmət edin.”(Nisa, 4/1)

Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın. Ana-ataya, qohumlara, yetimlərə, kasıblara, yaxın və uzaq qonşuya, yol yoldaşına, yolçuya və sizə xidmət edən şəxslərə yaxşılıq edin. Allah özünü bəyənən,  lovğa insanları əlbəttə, sevməz!” (Nisa, 4 / 36)

Qohumlarına, kasıblara və yolçuya haqqını ver, əlindəkiləri də ora-bura dağıtma.” (İsra, 17/26)

Rəsulullahın (s. a. v.) belə buyurduğu rəvayət edilir:

“Allaha və axirət gününə iman edən kimsə qonağına hörmət etsin. Allaha və axirət gününə iman edən kimsə qohumuna yaxşılıq etsin. Allah və axirət gününə iman edən kimsə ya faydalı söz söyləsin və ya sussun!”. ((Buxari, Ədəb 85; Müslim, İman 74. Əlavə olaraq baxın: Buxari, Nikah 80, Ədəb 31, Riqaq 23; Əbu Davud, Ədəb 123; Tirmizi, Qiyamət 50; İbni Macə, Ədəb 4.))

Bir başqa rəvayətdə: “Ya Rəsulullah! Mənim bir qohumum var. Mən onu ziyarət edirəm, o isə bizə gəlib getmir. Mən ona yaxşılıq edirəm, o mənə pislik edir. Mən ona yaxşı davranıram, o mənə qarşı kobudluq edir”, – dedi.

Bundan sonra peyğəmbər  (s. a. v.) belə dedi: “Əgər dediyin kimisənsə onlara isti kül uddurmuş olursan. Sən belə davrandıqca Allah sənə kömək edər”. (Müslim, Birr, 22.)

Abdullah ibn Amr  ibn Asdan rəvayət edildiyinə görə peyğəmbər (s. a. v.) belə dedi: “Qohumunun etdiyi yaxşılığa eynisiylə cavab verən, onları qorumuş hesab edilmir. Qohumu qoruyan adam, özüylə əlaqəni kəsdikləri zaman belə, onlara yaxşılıq etməyə davam edəndir.” (Buxari, Ədəb 15, Əbu Davud, Zəkat 45; Tirmizi, Birr 10.)

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qadınların bayram namazında iştirak etməkləri vacibdirmi?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.