Müsəlmanlar

Özündən sonra ata-anası, arvadı və qızı qalan kişinin mirası nə cür bölünür?

Sual: Kişi öldü. Anası, atası, arvadı və bir qızı qaldı. Onun qoyub getdiyi mal-mülkü bunların arasında necə pay etmək olar?

Cavab: Mirası qoyub gedənin arvadı mirasın səkkizdə birini, ana və atası altıda birini, qızı isə yerdə qalanını özünə götürür. Buna əsasən miras aşağıdakı kimi bölüşdürülür:

Miras malları 48 yerə bölünür. Ölən kişinin arvadı mirasın səkkizdə biri olan 6 payı, ana və atası altıda biri olan 8 payı (ikisi birlikdə 16 pay) alırlar. Yerdə qalan 26 hissə isə qız uşağına çatır: 6+8+8+26=48

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.