Müsəlmanlar

Xeyriyyə təşkilatlarına qurban bağışlamaq düzdür?

Sual: Qurbanını özü kəsməyib ətindən ehtiyacı olduğu halda istifadə etmədən (uşaqlarına yedirtmədən) bir xeyriyyə təşkilatına bağışlamaq düzgündür? Bu halda qurban ibadətinin yerinə yetirilməsindən söhbət gedə bilər? Şəxsən mən buna qurban gözü ilə baxmıram. Bu məsələni necə qiymətləndirirsiniz?

Cavab: Vəkalətlə qurban kəs(dir)mək olar. Dində buna icazə var. Əgər insan bir təşkilata etibar edirsə və o təşkilat qurbanı həqiqətən də, kəsirsə, problem yoxdur. Əsas məsələ etibar edib etməməkdir.

Allah qurban əti barədə belə deyir:

“Biz inkişaf etmiş və dolu heyvanları sizin üçün Allaha ibadətin rəmzlərindən etdik. Onlarda sizin üçün bir xeyir var. Onları cərgə-cərgə düzüldükdə kəsərkən üstlərində Allahın adını çəkin. Yerə yıxılıb öldükdə də onlardan həm siz yeyin, həm də qənaətkar olub istəməyənə də, istəyənə də yedirdin. Şükr edəsiniz deyə, onları sizin sərəncamınıza verdik.” (Həcc, 22/36)

Bu ayəyə əsasən qurban ətindən həm onu kəsdirən yeyir, həm də varlı-kasıb qohum-qonşuya verir. Ona görə də yaxşı olar ki, imkanı olanlar qurbanı özləri kəs(dir)sinlər. Beləcə, qurbanın ətindən həm özü, həm ailəsi, həm də qonum-qonşu yeyə bilər.

Bununla belə, maddi imkanları yaxşı olanların 1-dən çox qurban kəs(dir)məkləri onların bu ibadəti yerinə yetirdiklərinə görə daha çox savab qazanmaqlarına səbəb olur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.