Müsəlmanlar

Bir məməsi olmayan heyvanı qurban kəsmək olar?

Sual: Mənim bir keçim var. Məmələrindən biri qopub. Bu heyvanı qurban kəsmək olar?

Cavab: Məməsi kəsilmiş və qurumuş heyvana dini ədəbiyyatda cəzza/cədda deyilir. Belə bir heyvanı qurban kəsmək düzgün deyil. ((Mənbə: Həskəfi, əd-Durru-l-muxtar, 9-cu cild, s. 469.))

Məşhur alim İbn Abidin (1783-1836) isə bu məsələ əlaqədar olaraq Xülasədən belə nəql edir:

“Məmələrinin ucu qopan heyvan qurban kəsilə bilməz. Qoyun və keçidə məmə uclarından biri, dana və dəvədə isə ikisi anadangəlmə və ya sonradan hansısa səbəbə görə qopubsa, onları qurban kəsmək olmaz. Bu məsələdə qoyun-keçi ilə inək cinsi (dana, düyə, buğa) və dəvə arasındakı fərq birincilərin 2, digərlərinin də 4 məməli olmağıdır. Ancaq heyvanın məmələrindən hər hansı bir problem (qopma, düşmə, quruma) olmadığı halda, süd çıxmırsa, onu qurban kəsmək olar.” ((Mənbə: İbn Abidin, Rəddu-l-muxtar, 9-cu cild, s. 470.))

Qurbanla əlaqəli başqa sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Qurana əsasən hansı heyvanlar qurban edilir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.