Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi?
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər Tarix: 29 Ekim 2011 Tövsiyə et Çap et
Sual: Mən Quranın Sad surəsinin 24-25-ci ayələrini oxudum. Amma Davud peyğəmbərin Allahdan nə üçün əfv dilədiyini başa düşə bilmədim. Görəsən, o hansı səhvə yol vermişdi ki, tövbə etdi?

Cavab: Siz bu məsələni daha yaxşı başa düşmək üçün həmin ayələri əvvəlki ayələrlə birgə oxumalısınız. Allah bu barədə belə deyir:

“Əli-qolu güclü bəndəmiz Davudun düzgün xəbərlərini oxu (onu yadına sal)! O, həmişə səhvdən dönən bir kəs idi.

Biz dağlara tapşırıq verdik. Axşamüstü və günəşin doğduğu vaxt onunla birlikdə təsbeh edirdilər.

Quşlar da cəm halda ona qoşulur və həmişə ona üz tuturdular.

Onun hakimiyyətini möhkəmləndirdik. Ona düzgün qərar qəbul etmək və doğrunu əyridən (düzgün olanı səhv olandan) ayırmaq qabiliyyəti verdik.

O dava edənlərin xəbəri gəlib, sənə çatdımı? Hansı ki, divardan aşıb, içəri otağa (məbəd, ibadətgah) girmişdilər.

Onlar Davudun qabağına çıxdıqları vaxt Davud təşvişə düşmüşdü. Onlar dedilər: “Qorxma, biz dava edən (bir-birinə iddia irəli sürən) iki tərəfik. Sən aramızda düzgün qərar qəbul et (ədalətlə hökm ver). Həddi aşma (tərəf saxlama, haqqı nahaqqa vermə). Bizə düzgün yolu göstər”.

“Bu mənim qardaşımdır. Onun 99 qoyunu var. Mənim də 1 qoyunum var. O dedi ki, ver, onu mən saxlayım. Və söhbətdə mənə üstün gəldi”.

Davud dedi: “Onun sənin qoyununu öz qoyunlarına qatmaq istəməyi düz deyil. Onsuz da (məlumdur ki) malları qarışanların çoxu bir-birlərinin haqqını tapdayırlar. İman gətirən və yaxşı iş görənlərdən başqa. Belələri də çox azdır”.

Davud Bizim onu sınağa çəkdiyimizi başa düşdü. Dərhal Rəbbindən (Allahdan) əfv (bağışlanma) dilədi. Diz çöküb, səcdəyə döşəndi və səmimiyyətlə Ona üz tutdu (tövbə etdi).

Biz də onun bu hərəkətini bağışladıq. Onun bizim dərgahımızda əldə etdiyi bir yaxınlıq və xoşbəxt son var”. (Sad, 38/17-25)

Deməli, “Davud Bizim onu sınağa çəkdiyimizi başa düşdü” cümləsi çox vacibdir. Davud divarlarla əhatə olunmuş və əsgərlər tərəfindən ciddi surətdə mühafizə edilən bir yerdə olduğu halda, divarları aşıb, içəri otağa qədər girən və heç də mütəxəssis olmağa ehtiyac qalmayan bir sual soruşub, onu məşğul edən bu varlıqların insan deyil, məhz mələk olduqlarını başa düşdü. O çox yaxşı başa düşdü ki, Allahdan başqa heç bir şeyə etibar edib, arxalanmamaq lazımdır. Bu ayələr belə bir təəssürat yaradır ki, Davud əleyhissəlam o böyük səltənətin füsunkarlığına qapılıb. Belə çıxır ki, tövbə etməyinin səbəbi də budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.660 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi? 15.03.10 6.693 dəfə oxundu
2 Adəm peyğəmbər 26.06.09 4.622 dəfə oxundu
3 Həzrəti İsa beşikdə danışıb? 22.12.11 1.979 dəfə oxundu
4 Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi? 30.01.17 1.248 dəfə oxundu
5 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 2.527 dəfə oxundu
6 İbrahim peyğəmbər 12.04.10 4.520 dəfə oxundu
7 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 2.225 dəfə oxundu
8 “Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin” ayəsini necə anlayaq? 08.03.17 389 dəfə oxundu
9 Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi? 17.03.10 3.765 dəfə oxundu
10 Hazırkı İncil həzrəti İsaya endirilən İncillə eyni kitabdır? 10.05.10 4.370 dəfə oxundu
11 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 2.319 dəfə oxundu
12 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 448 dəfə oxundu
13 Peyğəmbərlər həmişə eyni şeyi təbliğ ediblər? 10.10.16 529 dəfə oxundu
14 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 2.770 dəfə oxundu
15 İnsan peyğəmbər 06.07.09 3.759 dəfə oxundu
16 Bir daha peyğəmbər gəlməyəcəyinə görə Bəqərə 286-cı ayədəki “ISR” nədir? 22.03.17 695 dəfə oxundu
17 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.734 dəfə oxundu
18 Musa peyğəmbərin anasının adı nə olub? 26.02.11 6.919 dəfə oxundu
19 Cudi dağı 22.02.12 1.572 dəfə oxundu
20 Buda, Konfiçyus və Zərdüşt kimi şəxslər Allahın elçisi ola bilərlərmi? 12.07.17 266 dəfə oxundu
21 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 3.276 dəfə oxundu
22 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.882 dəfə oxundu
23 Nəbi (peyğəmbər) və rəsul (elçi) məfhumlarının izahı 22.02.12 2.416 dəfə oxundu
24 Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi? 04.05.18 164 dəfə oxundu
25 İbrahim peyğəmbər Allahın varlığını sübut edib? 28.04.10 2.515 dəfə oxundu
26 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 4.083 dəfə oxundu
27 Həzrəti Musaya verildiyi deyilən 9 ayə-9 möcüzə nədir? 13.08.14 1.483 dəfə oxundu
28 “Nəbilik bitdi amma Rəsulluq bitmədi” sözü doğrudurmu? 03.08.18 184 dəfə oxundu
29 Nuh peyğəmbərin gəmisini həqiqətən də, tapmaq olar? 29.04.10 2.238 dəfə oxundu
30 Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı? 31.03.11 2.024 dəfə oxundu
31 Zülqərneyn kim olub? 28.04.10 5.075 dəfə oxundu
32 Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti qabaqcadan cizilən qədəri deyilmi? 14.09.18 119 dəfə oxundu
33 Yuşa adlı bir peyğəmbər olub? 10.05.14 1.417 dəfə oxundu
34 Peyğəmbərlərin möcüzələrindən elm təhsil etmək olar? 21.04.11 1.813 dəfə oxundu
35 Ad qövmü 02.04.12 2.805 dəfə oxundu
36 İsa əleyhissəlamın kəlimə/söz olması nə mənaya gəlir? 15.10.18 132 dəfə oxundu
37 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 2.152 dəfə oxundu
38 Yaqub peyğəmbər İbrahim peyğəmbərin oğludur, yoxsa nəvəsi? 26.04.11 5.886 dəfə oxundu
39 Adəm İblis tərəfindən aldadılığı vaxt peyğəmbər idi, yoxsa yox? 05.06.12 1.927 dəfə oxundu
40 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 119 dəfə oxundu
41 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 6.098 dəfə oxundu
42 Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi? 08.05.11 1.724 dəfə oxundu
43 Üzeyir peyğəmbərin bu dünyadakı ölüm və dirilişi necə baş verib? 25.12.12 2.609 dəfə oxundu
44 Allah Təala kitabı nəbilərə yoxsa rəsullara nazil etmişdir? 18.03.19 90 dəfə oxundu
45 Necə oldu ki, Süleyman peyğəmbərin öldüyünü heç kəs başa düşmədi? 08.03.10 4.263 dəfə oxundu
46 Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi? 29.10.11 2.660 dəfə oxundu
47 Heç Allaha şərik qoşan peyğəmbər olub? 12.05.11 2.113 dəfə oxundu
48 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.041 dəfə oxundu
49 Rəsulullaha üsyan etmək, Allaha üsyan etmək kimidir? 29.03.19 52 dəfə oxundu
50 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.295 dəfə oxundu
51 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.782 dəfə oxundu
52 Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub? 29.05.11 12.149 dəfə oxundu
53 Peyğəmbərlərə fərq qoymaq olar? 31.10.13 1.635 dəfə oxundu
54 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.244 dəfə oxundu
55 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.667 dəfə oxundu
56 Musanın anasına gələn vəhylə rəsullara gələn vəhyin nə fərqi var? 19.05.14 1.211 dəfə oxundu
57 Peyğəmbərin qəbri haradadır? 16.11.13 6.909 dəfə oxundu
58 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 5.706 dəfə oxundu
59 Göyün hər qatında bir peyğəmbər var? 09.07.10 2.486 dəfə oxundu
60 Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib? 10.07.11 1.575 dəfə oxundu
61 Əgər ölülər qayıtmırsa, həzrəti İsa onları necə dirildib? 20.01.14 1.979 dəfə oxundu
62 Azər İbrahim peyğəmbərin atası idi, yoxsa əmisi? 16.02.10 2.794 dəfə oxundu
63 Qadınlardan peyğəmbər olub? 03.12.10 2.615 dəfə oxundu
64 Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib? 16.09.11 2.397 dəfə oxundu
65 Yunus (ə.s.) Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdımı? 27.01.17 349 dəfə oxundu