Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar?
Müsəlmanlar > Fitvalar > Siyasət Tarix: 31 Ekim 2011 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Müəmmər Qəzzafi tapıldı və öldürüldü. Görəsən, bu, Qurana əsasən düzgün bir hərəkətdir? Qəzzafi tutulub əsir alındığına görə bir fidyənin müqabilində və ya təmənnasız azad olunmalıydı, yoxsa məhkəməyə çıxardılıb mühakimə edilməliydi?

Cavab: Sizin sualınızı iki baxımdan qiymətləndirmək olar:

1. Televiziyalardakı videomateriallara əsasən deyə bilərik ki, Qəzzafiyə qarşı edilən hərəkətlər işgəncədir. İslam dinində ölümə layiq olsa belə, kimi isə əzab-əziyyət və işgəncə ilə öldürmək qəti surətdə qadağandır.

“Həzrəti Muhəmməd (s. a. v.) haqlı cəzalandırma vaxtı belə, kiminsə üzünə vurmağı pisləmişdir.1

O, istər müsəlman, istərsə qeyri-müsəlman olsun, azad və ya kölə olsun, yaxud da təqsirkar olub olmamasından asılı olmayaraq insanlara və müharibə şəraitində ən qəddar düşmənlərə belə, işgəncə verməyi qadağan etmişdir. Həzrəti peyğəmbər (s. a. v.) bununla əlaqədar olaraq belə demişdir:

“Dünyada insanlara işgəncə tətbiq edənlərə Allah da o biri dünyada cəza verir.” (Müslim, Birr, 117-119; Əbu Davud, İmarə, 32)

Qurana əsasən2 müharibə əsirlərini öldürmək olmaz; onları bir şeyin müqabilində və ya təmənnasız azad etmək lazımdır. Əlavə olaraq, Quranda azad edilənə qədər əsirlərlə yaxşı rəftar etmək və onları yedirdib içirtmək də saleh bəndələrin nümunəvi hərəkəti kimi təqdir olunub.

Həzrəti peyğəmbər (s. a. v.) də əsirlərə qarşı yaxşı davranmağı tələb etmişdir. O, təkidlə bildirib ki, əsirlərə işgəncə etmək olmaz. Hansısa mühüm bir məlumatı almaq üçün olsa belə, əsirlərə əzab-əziyyət verməyi qadağan edib. Buyurub ki, əsirləri payladıqda ana və uşaqları bir-birlərindən ayırmayın.

Bir sözlə, peyğəmbər (s. a. v.) bütün canlılara qarşı çox mərhəmətli olub. Bir dəfə ən zalım düşmənlərdən biri əsir düşüb müsəlmanların əlinə keçmişdi. Bəzi adamlar ona əzab vermək istədilər. Muhəmməd əleyhissəlam bunu qətiyyətlə qadağan edib dedi:

“Mən ona işgəncə vermərəm. Əgər belə etsəm, peyğəmbər olsam belə, Allah məni də eyni qaydada cəzalandırar.”

“Öldürmək məsələsində ən çəkingən insanlar möminlərdir.”

Göründüyü kimi, bütün bunlar müsəlmanlar üçün əsas bir humanizm prinsipidir.”3

2. Muhəmməd surəsinin 4-cü ayəsində belə deyilir:

“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin).”

Bu ayəyə əsasən müharibə meydanında və müharibə davam etdiyi vaxt ələ keçirilən kafirlər öldürülməlidir. Müharibə qurtardıqdan sonra alınan əsirlər isə ya fidyə müqabilində, ya da tamamilə təmənnasız olaraq azad edilməlidirlər.

Yuxarıda qeyd edilən ayələrin hökmlərinin Qəzzafiyə tətbiq edilməli olduğunu demək olmaz. Çünki o, nə qədər səhv hərəkətlər etsə də, bir müsəlman idi. Əlavə olaraq o, müharibə meydanına ələ keçirilmədi. Başqa sözlə desək, öldürməkəsir almaq hökmləri ona şamil oluna bilməzdi.

Qəzzafini tapıb tutan müxalifətçilər onu mühakimə edə bilərdilər. Mühakimənin nəticəsindən asılı olaraq əgər adam öldürübsə, öldürdüyü insan və ya insanların ailələrinin tələbinə əsasən ona qisas və ya diyət ödəmə cəzası tətbiq oluna bilərdi. Əgər təqsirsiz olduğuna qərar verilsəydi, azad olunardı. İslam dininə əsasən Qəzzafi məsələsində bu cür hərəkət edilməli idi.

http://www.muselmanlar.com/fitvalar/3269.html

Cavabı hazırladı: Yahya Şenol4

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Birr, 113. []
  2. Muhəmməd, 47/4. []
  3. Mənbə: İslam ensiklopediyası, 23-cü cild, s. 430, Şamil Dağcı, “İşkence” məqaləsi. []
  4. İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.510 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səs vermək kafirlikdir? 28.12.10 6.872 dəfə oxundu
2 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.316 dəfə oxundu
3 Savaş hiylədir hədisinin Quranda əsli varmı? 31.07.17 50 dəfə oxundu
4 Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik? 28.12.10 7.026 dəfə oxundu
5 Yezidə nəhlət (lənət) oxumaq olar? 18.03.13 2.403 dəfə oxundu
6 Dövlətin dini olurmu? 07.08.17 76 dəfə oxundu
7 Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz? 29.12.10 4.880 dəfə oxundu
8 Müsəlmanlar nəyə görə qərblilərdən geri qalıblar? 21.06.13 1.168 dəfə oxundu
9 Dövlət səhv yolda olan təriqət və camaatları cəzalandıra bilərmi? 25.10.17 71 dəfə oxundu
10 Demokratiya məsələləri 29.12.10 5.101 dəfə oxundu
11 Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı? 04.05.16 737 dəfə oxundu
12 Müasir dövrdə mülayim İslamdan qəsd edilən nədir? 20.11.17 169 dəfə oxundu
13 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 2.054 dəfə oxundu
14 Dövlət başçılarını təhqir etmənin dini bir cəzası varmı? 22.04.16 730 dəfə oxundu
15 Müasir dövrdə şəriəti tətbiq etmək mümkündürmü? 12.02.18 103 dəfə oxundu
16 Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək? 20.03.11 1.680 dəfə oxundu
17 Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi? 09.06.15 1.001 dəfə oxundu
18 Dövlətin müharibə siyasətini tənqid etmək həps cəzasına səbəb olurmu? 12.03.18 108 dəfə oxundu
19 Zəmanənin imamına beyət etmək 03.03.10 2.861 dəfə oxundu
20 Nə üçün dünyada həmişə müsəlmanlar əzilir? 28.03.11 1.592 dəfə oxundu
21 Osmanlı alimlərinin qardaş qətlinə verdiyi fətva doğrudurmu? 03.12.15 644 dəfə oxundu
22 Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir? 27.02.10 1.905 dəfə oxundu
23 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.693 dəfə oxundu
24 Zalım dövlətlərin xalqları potansial düşmən deyilmi? 01.06.16 589 dəfə oxundu
25 İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi 12.08.09 2.254 dəfə oxundu
26 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.629 dəfə oxundu
27 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 677 dəfə oxundu
28 İslam dininin zorakı millətçilik anlayışına baxışı 13.08.09 1.661 dəfə oxundu
29 Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər? 24.10.11 1.910 dəfə oxundu
30 Quranda Allahdan başqasına itaət əmri varmı? 12.07.16 792 dəfə oxundu
31 Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi? 31.08.15 714 dəfə oxundu
32 Təəssüb nə deməkdir? 17.01.12 1.755 dəfə oxundu
33 Qumar, faiz və zina bir ölkədə qanuni isə idarəçilərinin məsuliyyəti nədir? 18.07.16 640 dəfə oxundu
34 Quranda “İslam dövləti” məfhumu varmı? 27.04.16 751 dəfə oxundu
35 İslamda irqi ayrı-seçkiliyə münasibət 25.02.12 1.808 dəfə oxundu
36 Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır? 05.08.16 543 dəfə oxundu
37 Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar? 31.10.11 1.510 dəfə oxundu
38 İslamı ərəbləşdirmək nə dərəcədə düzgündür? 01.03.12 1.403 dəfə oxundu
39 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 410 dəfə oxundu
40 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 740 dəfə oxundu
41 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.625 dəfə oxundu
42 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.135 dəfə oxundu
43 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.834 dəfə oxundu
44 Həzrəti Hüseyn bilə-bilə ölümə getdi? 20.06.12 2.875 dəfə oxundu
45 Ölkəmizdə olan iqtisadi böhranın səbəbi nədir? 13.03.17 296 dəfə oxundu
46 Dövlət vətəndaşına necə davranmalıdır? 03.08.16 646 dəfə oxundu
47 Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir? 26.07.12 1.456 dəfə oxundu
48 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 260 dəfə oxundu