Müselmanlar
Zina günahı ən böyük günahlardandır, yoxsa yox?

Zina günahı ən böyük günahlardandır, yoxsa yox?

Sual: Dünən axşam bir televiziya verilişində bir nəfər dedi ki, zina böyük günahdan biri deyil. Bu söz nə dərəcədə düzdür? Xahiş edirəm, mənim sualıma Qurana əsasən cavab verin.

Cavab: İslam dini ədəbiyyatında böyük günahlara “kəbair” deyilir. Əsas böyük günahlar aşağıdakılardır:

Allaha şərik qoşmaq (şirk), adam öldürmək, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), Məkkənin harəm ərazisində günah etmək, faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq.

Allah Quranda möminlərin xüsusiyyətlərini sadaladığı ayələrdə (Furqan, 25/68-70) belə buyurur:

“1) ŞİRK: Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz;

2) NAHAQ YERƏ ADAM ÖLDÜRMƏK: Allahın haram etdiyi cana haqsız yerə qıymaz;

3) ZİNA: Zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!”

Yuxarıdakı ayələrdən yaxşı məlum olur ki, zina da ən böyük günahlardan biridir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin