Müsəlmanlar
Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar?

Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar?

Sual: Deyilənə görə 6 ayda böyüməli olan toyuq 1 ayda və ölü toyuqlardan hazırlanan yemlə böyüdüyü üçün haramdır. Bu söz düzdür? Bir də at və eşşəyin hökmü nədir?

Cavab: Bəli, bəzi yerlərdə ölən heyvanlardan heyvan yemi hazırlanır. Quranın Ənam surəsinin 145-ci ayəsində “yeyən bir şəxsin yeməyi haramdır” ifadəsi var. Burada söhbət heyvanların deyil, insanın yeməyindən gedir. Əlavə olaraq: “Yırtıcı heyvanların öldürdüyü heyvanlar da sizə haramdır”, – deyilir. Burada da söhbət insanlardan gedir. Əksinə, bir heyvanın öldürdüyü heyvanı yemək heyvanlara haram deyil. Bundan söhbət belə gedə bilməz.

Burada başqa bir məsələ də var. Əgər həmin yem zərərlidirsə, bu ayrı məsələdir. Çünki Allah bizim qarşımızda qidalarımızın təmiz olmağını şərt qoyur. Odur ki, bu məsələni ((Ölü heyvandan hazırlanan yemlə böyüyən bir heyvanın ətinin insan sağlamlığı üçün zərərli olub olmaması nəzərdə tutulur.)) o sahənin mütəxəssisləri tədqiq etməlidirlər.

Bu fikirləri aşağıdakı kimi xülasə etmək olar:

Halal və haram insanlar üçündür. Yəni, bu məfhumlar insanlar üçün qüvvədədir. Leş və qan kimi murdar şeyləri heyvanlar yeyə bilər. Əgər bu şeylər heyvana xəstəlik verirsə, yaxud da bəzi mikrobların heyvanların vasitəsilə insanlara yoluxmağına səbəb olursa, heyvan yaxşılaşmamış və mikrob bədənindən təmizlənməmiş onu yemək caiz olmaz.”

Nəticə etibarilə “heyvan mənşəli qidalarla böyüyən heyvanın ətini yemək haramdır” fikri tamamilə səhvdir.

Ata gəldikdə, onun ətinin halal olduğuna dair səhih peyğəmbər hədisi var:

“Rəsulullah Xeybərdə at ətini yeməyə icazə verdi”. ((Buxari, Zəbaih, 28; Müslim, Nikah, 30.))

Eşşək ətinin peyğəmbər tərəfindən qadağan edildiyinə dair də bir hədis var. Amma şəxsən mən o hədisin nə dərəcədə səhih olub olmadığını dəqiqləşdirə bilməmişəm. Bu məsələ ilə əlaqədar olaraq bir doktorant-tələbəm elmi iş yazır. İnşallah tədqiqatını tamamladığı vaxt bu barədə qəti bir fikir bildirmək mümkün olacaq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.