Müsəlmanlar
Qız uşağına Ərva adı qoymaq olar?

Qız uşağına Ərva adı qoymaq olar?

Sual: Allah qoysa, bu yaxınlarda mənim bir qızım doğulacaq. Ona Ərva adı qoymaq istəyirəm. Bu adın dini cəhətdən bir eybi var?

Cavab: Ərva adı Muhəmməd peyğəmbərin (s. a. v.) bibisinin (Ərva bint Abdulmüttəlib), bibiqızının və eyni zamanda xəlifə Osmanın anasının (Ərva bint Qureyz) adıdır. Hər ikisi də əshabə xanımı olublar. Odur ki, qız uşağına Ərva adı qoymağınızda dini cəhətdən bir problem yoxdur.

Lakin bu məsələdə mühüm bir məqam var: Ərva adı ölkəmizdə yayılmış bir ad deyil. Buna görə də uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız. Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.