Müsəlmanlar

Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır?

Sual: Mən müsəlman ölkələrində Cümə namazının nə cür və neçə rükət qılındığını öyrənmək istəyirəm. Bir layihə üzərində işləyirəm, kömək etsəniz, şad olaram.

Cavab: Bu sualın cavabını aşağıdakı yollarla öyrənmək olar:

1. Həmin ölkələrə gedib görməklə;

2. O ölkələrdə olmuş insanlarla bu barədə danışmaqla;

3. O ölkələrdə hansı fiqh məzhəbinin geniş yayıldığına baxmaqla.

Yuxarıdakı bəndlərdən sizin üçün ən münasib olanı 3-cü bənddir. Odur ki, Türkiyə Diyanət Vəqfi tərəfindən nəşr olunan İslam ensiklopediyası adlı mənbənin 8-ci cildindəki “Cuma” (Türk dilində) məqaləsini oxumağınızı tövsiyə edirik. O məqalədə Cümə vaxtında qılınan namazların hökmü və miqdarı barədə müxtəlif fikirlər nəzərdən keçirilib. Məzhəblərin fikirlərinə geniş yer ayrılıb. Qeyd edək ki, o ensiklopediyadan AMEA-nın mərkəzi kitabxanası (şərq zalı), eləcə də BDU-nun İlahiyyat fakültəsinin elmi kitabxanasında istifadə edə bilərsiniz.

Əlavə olaraq internet şəbəkəsində də bu barədə araşdırma aparmağınız mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.