Müsəlmanlar

Ev alqı-satqısı ilə məşğul olmaq haramdır?

Cavab: Bir insan yalan danışmır və həqiqəti təhrif edib alıcı və satıcıları aldatmırsa, bu işlə məşğul olmağında dini cəhətdən heç bir problem yoxdur. Necə deyərlər, əsas odur ki, hər şey halal yolla olsun.

Bu məsələdə ən böyük məsələ komissiya haqqı məsələsidir. Qiymətlərin artmağına səbəb olmayan xidmətlər, eləcə də kömək, vasitəçilik və satış kimi əməliyyatlar da qadağan deyil.

Əlavə olaraq, istehsalçının malını istehlakçıya təqdim etmək, satıcıya alıcı tapmaq və bunların müqabilində müəyyən qədər pul almaq da halaldır.

Komissiya haqqı məsələsi isə əmlak alqı-satqısı birjasında formalaşan üsula görə də, razılaşma yoluyla da həll oluna bilər.

Buna oxşar bir sualın cavabı ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2300.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.