VALİDEYNİN İŞTİRAKI OLMADAN KƏBİN KƏSDİRMƏK
Həzrəti Aişənin bildirdiyinə görə peyğəmbər (s. a. v.) üç dəfə: “Hansı qadın vəlisinin1 icazəsi olmadan ərə getsə, onun nikahı batildir”, – deyib.2
Əbu Musanın (r. a.) rəvayət etdiyinə görə peyğəmbər (s. a. v.) belə buyurub:
“Vəlisiz nikah olmaz”.3
Həzrəti peyğəmbərdən (s. a. v.) belə rəvayət edilib:
“Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs vəlisi olmayanın vəlisidir”.4
İndiki dövrdə vəlisiz nikah kəsilmir. Nikahı təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaları vəlilik səlahiyyətindən istifadə etmələri deməkdir. Nikah kəsən məmurun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: “Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm”, – deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir.
Həzrəti peyğəmbərin (s. a. v.) evlənmək üçün irəli sürdüyü vəli şərti evliliyin ər-arvaddan başqa səlahiyyətli bir şəxs tərəfindən təsdiq edilməsi şərti deməkdir. Əgər vəli olmasa, yaxud olduğu halda öz vəzifəsini yerinə yetirməsə, o vaxt vəlilik vəzifəsi həmin bölgənin səlahiyyətli şəxsinə keçir.
İslam dini baxımından vəli ancaq bakirə qız üçün tələb olunur.
Peyğəmbər (s. a. v.) bu barədə belə deyib:
“Dul qadının özü ilə əlaqədar olaraq vəlisindən çox haqqı vardır. Bakirə qızın isə razılığı alınmalıdır. Onun susmağı razılıq kimi qəbul edilir”.5
Hizam adlı bir şəxs öz dul qızı Xənsanı ərə vermişdi. Qızı bu evliliyi istəmirdi və peyğəmbər əleyhissəlamın yanına gəlib əhvalatı ona bildirdi. Peyğəmbər əleyhissəlam qızın atasının kəsdirdiyi kəbini ləğv etdi.6
Evlilik ciddiyət tələb edən bir məsələdir. Rahatlıqla gəzib dolaşmaq üçün nikah kəsilməz. Nikah kəsildikdən etibarən də evlilik həyata keçir və qarşılıqlı surətdə haqq-hüquq və məsuliyyətlər başlayır.
İndiki dövrdə cəmiyyət olaraq evlənməyin qarşısına qoyduğumuz maneələr və cavanları gec evləndirmək vərdişi yuxarıda qeyd edilən problemlərə səbəb olur. Cavanları erkən evləndirmək və ali təhsillərini evli olaraq başa vurmaqları üçün şərait yaratmaq lazımdır.
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: ayrılmaq, evdən gizli kəbin, gizli evlənmək, kəbin, kəbində valideynin icazəsi, kəbində valideynin iştirakı, nikah, valideyn, valideyndən xəbərsiz kəbin, zifaf
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Təravih namazı | 21.06.09 | 1.230 dəfə oxundu |
| 2 | Etikaf | 23.06.09 | 1.358 dəfə oxundu |
| 3 | Qədr gecəsi | 26.06.09 | 1.798 dəfə oxundu |
| 4 | Aypara məsələsi | 22.06.09 | 1.377 dəfə oxundu |
| 5 | Ramazan və dualarımız | 25.06.09 | 1.351 dəfə oxundu |
| 6 | Ramazan və Quran | 27.06.09 | 1.247 dəfə oxundu |
| 7 | Ramazan: imkanların ayı | 24.06.09 | 1.049 dəfə oxundu |
| 8 | Oruc: ümumi məlumat | 28.06.09 | 1.753 dəfə oxundu |
| 9 | Heyzli qadının orucuna dair şübhələr | 14.05.09 | 1.022 dəfə oxundu |
| 10 | İftida: qadının boşanmaq hüququ | 14.05.09 | 851 dəfə oxundu |
| 11 | Qadınların şahidliyi | 14.05.09 | 794 dəfə oxundu |
| 12 | Hicab və örtünmək (təsəttür) | 14.05.09 | 881 dəfə oxundu |
| 13 | Hicabı qadağan edənlər | 14.05.09 | 921 dəfə oxundu |
| 14 | Nişanlıların kəbini | 14.05.09 | 2.176 dəfə oxundu |
| 15 | Münafiqlərin korluğu | 10.04.10 | 552 dəfə oxundu |
| 16 | Nikaha nəzarət | 14.05.09 | 1.674 dəfə oxundu |
| 17 | Müsəlman olmayanlarla münasibətlər | 01.07.09 | 902 dəfə oxundu |
| 18 | Həccdə ticarət və ictimai fəaliyyət | 01.07.09 | 660 dəfə oxundu |
| 19 | İnsan peyğəmbər | 06.07.09 | 874 dəfə oxundu |
| 20 | Təsbeh | 06.07.09 | 1.005 dəfə oxundu |
| 21 | Peyğəmbər məscidində 40 vaxt namaz | 03.04.11 | 783 dəfə oxundu |
| 22 | Ailənin adından bir qurban | 26.02.10 | 459 dəfə oxundu |
| 23 | Donuz dərisi | 02.11.09 | 776 dəfə oxundu |
| 24 | Heyzli qadının ibadəti | 24.02.10 | 2.070 dəfə oxundu |
| 25 | Peyğəmbərin Həcc və Ömrə ziyarətləri | 06.11.09 | 727 dəfə oxundu |
| 26 | Quran və müsəlmanlar | 29.01.10 | 1.982 dəfə oxundu |
| 27 | Dəlillərlə Cümə namazı | 12.02.10 | 547 dəfə oxundu |
| 28 | İnsan cəsədi və avtopsiya | 05.02.10 | 893 dəfə oxundu |
| 29 | Qadınlar və Cümə namazı | 26.03.10 | 1.304 dəfə oxundu |
| 30 | Valideyndən xəbərsiz kəbin | 29.06.09 | 910 dəfə oxundu |
| 31 | Ölüdən kömək gözləmək | 28.03.10 | 790 dəfə oxundu |
| 32 | Faiz | 29.03.10 | 871 dəfə oxundu |
| 33 | Namazları cəm etmək | 08.04.10 | 1.356 dəfə oxundu |
| 34 | Vərdişlər | 10.04.10 | 627 dəfə oxundu |
| 35 | Allah, insan və xələf-sələf | 12.04.10 | 602 dəfə oxundu |
| 36 | Nəsx və daşqalaq cəzası | 27.05.10 | 793 dəfə oxundu |
| 37 | Qəndil | 30.06.09 | 2.460 dəfə oxundu |
| 38 | Talaq: kişinin boşamaq hüququ | 18.07.10 | 799 dəfə oxundu |
| 39 | Oruc və orucun başlanğıcı | 27.08.10 | 861 dəfə oxundu |
| 40 | Ramazan bayramı (2010) | 08.09.10 | 695 dəfə oxundu |
| 41 | Ramazan bayramının vaxtı | 08.09.10 | 682 dəfə oxundu |
| 42 | Zikrin fəzilət və faydaları | 26.11.10 | 837 dəfə oxundu |
| 43 | Dua | 25.11.10 | 963 dəfə oxundu |
| 44 | Donuz əti və ziyanları | 08.12.10 | 1.083 dəfə oxundu |
| 45 | Fitr sədəqəsi | 20.06.09 | 1.172 dəfə oxundu |
| 46 | Qadının döyülməsi | 07.06.10 | 1.287 dəfə oxundu |
| 47 | Şəfaət | 08.04.10 | 641 dəfə oxundu |
| 48 | Qütblərdə namaz vaxtları: elmi sübut | 31.01.11 | 1.397 dəfə oxundu |
| 49 | İslamda falçılığa münasibət | 27.11.10 | 1.166 dəfə oxundu |
| 50 | Şəfaət inancı | 08.02.11 | 666 dəfə oxundu |
| 51 | Kəramət nə deməkdir? | 15.02.11 | 564 dəfə oxundu |
| 52 | Quranda adam öldürməyin cəzası: QİSAS | 30.03.11 | 925 dəfə oxundu |
| 53 | Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri | 08.04.11 | 724 dəfə oxundu |
| 54 | Şirk və küfr | 14.07.11 | 663 dəfə oxundu |
| 55 | Quranda əşyaların dili | 04.07.11 | 2.151 dəfə oxundu |
| 56 | Seyyidlər kimlərdir? | 16.10.11 | 967 dəfə oxundu |
| 57 | Kişinin seksuallığı | 09.01.12 | 1.235 dəfə oxundu |
| 58 | Surroqat analıq | 03.02.12 | 669 dəfə oxundu |
| 59 | Piramida və şəbəkə marketinqi | 24.02.12 | 293 dəfə oxundu |
| 60 | «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri | 08.03.12 | 218 dəfə oxundu |