Müsəlmanlar

Uduş məqsədilə oyun oynamaq qumardır?

Sual: Son vaxtlarda bəzi internet klublarda oyun turnirləri keçirilir. Turnirdə iştirak edən komandalar (bu komandalar əsasən məhəllə uşaqlarından ibarət olur) ortaya müəyyən məbləğdə pul qoyurlar. Qalib gələn komanda həmin pulların hamısını özünə götürür. Bu oyunlar bəxtə əsaslanmır, ancaq yenə də oyundur. Görəsən, bu yolla pul qazanmaq qumardır? İnternet klublar müəyyən qədər pul mükafatını öz pullarından da verirlər. Bu da haramdır? Əgər bu haramdırsa, buna oxşayan yarışlarda pul qazanmaq da haramdır?

Cavab: İştirak edənlərin ortaya müəyyən miqdarda pul və yaxud bir şey qoyub axırda qalib gələnin ona yiyələnməsi ilə nəticələnən hər növ oyun (adı nə olursa olsun) qumardır. Deməli, haramdır.

Əgər oyunda iştirak etməyən üçüncü bir şəxs (tərəf, tərəfdar, tamaşaçı) ortaya müəyyən qədər pul və ya bir şey qoysa və qalib gələn tərəf onu alsa, bunda bir problem olmaz. Yəni, bu, halaldır.

İdman yarışlarında pulu adətən o yarışlara (bilet almaqla) tamaşa etməyə gələnlər verirlər. Qələbə qazanan komanda və ya qalib gələn bir idmançı o pulun hamısını və ya böyük bir hissəsini ala bilər. Bunda da bir problem yoxdur.

Suala cavab verdi: Professor Servet Bayındır (İstanbul Universiteti, Türkiyə).

Aşağıdakı sual və cavablarla tanış olun:

http://www.muselmanlar.com/fitvalar/qumar

http://www.muselmanlar.com/fitvalar/oyunlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.