Müsəlmanlar
Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir?

Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir?

Sual: Quranın Ənfal surəsinin 48-ci ayəsində şeytan belə deyir: “Mən sizin görmədiklərinizi görürəm.” Burada şeytan nəyi nəzərdə tutur? Onun gördüyü, insanların görə bilmədikləri şey nədir?

Cavab: Qeyd etdiyiniz ayənin mənası belədir:

“O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.”

Bu məsələ Bədr döyüşü ilə əlaqədardır. O gün Allah Təala müsəlmanlara mələklərin vasitəsilə kömək etdi ((Eyni surənin 50-ci ayəsinə də baxın.)). Şeytan orada mələkləri görürdü. Ancaq insanlar görmürdülər.

Deməli, şeytanın: “Mən sizin görmədiklərinizi görürəm”, – cümləsi ilə nəzərdə tutduğu şey budur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.