Müstəhəb namazların yerinə qəza namazı qılmaq olar?
Müsəlmanlar > Fitvalar > Qəza namazı Tarix: 17 Eylül 2011 Tövsiyə et Çap et
Sual: Hənəfi məzhəbinə əsasən müstəhəb namazların əvəzinə qəza namazı qılmaq olar?

Cavab: Hənəfi məzhəbinin fikirlərinə əsasən müstəhəb namazları tərk edib qəza namazı qılmaq olmaz. Ömer Nasuhi Bilmen adlı alimin böyük İslam elmihalı əsərində bununla əlaqədar olaraq belə deyilir:

“Qəza namazları ilə məşğul olmaq müstəhəb namazlarla məşğul olmaqdan yaxşı və mühümdür. Amma fərz (vacib) namazların istər müəkkəd olsun, istərsə olmasın, sünnələri (müstəhəb) istisna təşkil edir. Həmin sünnələri tərk edib əvəzinə qəza namazına niyyət etmək daha yaxşı hal deyil. Bu sünnələrə niyyət etmək yaxşıdır. Hətta duha və təsbeh namazları kimi barəsində rəvayət olan müstəhəb namazlar da belədir. Onlara da belə – müstəhəb olaraq niyyət etmək yaxşıdır. Çünki o sünnə namazlar fərz namazları tamamlayır; onların sonradan qılınmağı mümkün deyil. Qəza namazlarının isə müəyyən vaxtları yoxdur. Ona görə də onları həmişə qılmaq olar.

Bununla belə, namazları qəzaya saxlamaq günahdır. Bu günahdan imkan daxilində uzaq durmaq lazımdır. Bunun üçün də sünnə (müstəhəb) namazları qılmamaq düzgün deyil. Belə bir şəxs çox ibadət edib Allahdan bağışlanmağını diləməlidir. Elə isə peyğəmbərin şəfaatına səbəb olan bir sıra sünnələri tərk etmək necə düzgün ola bilər? Əlavə olaraq, həm bəzi vaxt namazlarını qəzaya saxlamaq, həm də bəzi vaxt namazlarını onları tamamlayan müstəhəblərdən ayırmaq ikiqat qəbahət deyilmi? Buna zidd olan bəzi rəvayətlər mötəbər deyil. Bunlar qəbul edilən fitvaya ziddir. Həm müstəhəb, həm də qəza namazlarını qılmaq üçün münasib vaxtlarının olmadığını deyənlər insaf sahibi ola bilməzlər. Ən qiymətli vaxtlarını boş yerə xərcləyən insanlar belə bir iddianı nə cür ortaya atırlar axı?!?”.

İndi isə, gəlin, bu məsələnin əslinə baxaq:

Quran və Sünnədə namazın qəzası deyilən bir şey yoxdur. Sadəcə olaraq yatıb qalan və namazı yaddan çıxardanlar oyandıqları/yadlarına düşdüyü vaxt namazı öz vaxtının xaricindəki bir vaxtda qıla bilərlər. Bu, onlar üçün qəza deyil, ədadır; yəni, namazı vaxtında qılmaq deməkdir.

Eynilə bunun kimi, Muhəmməd peyğəmbər (s. a. v.) bir dəfə yuxudan oyana bilmədiyi üçün sübh1 (səhər) namazını, bir dəfə də (Xəndək döyüşündə) yaddan çıxardığı üçün  ikindi (əsr) namazını2 qıla bilməmişdi.

Bunun xaricində qalanlar namazlarını istər bilərək, istər tənbəllikdən, istərsə də səhlənkarlıqdan öz vaxtının xaricində qıla bilməzlər; belə bir şey yoxdur. Belə insanlar böyük bir günah edirlər. Odur ki, görməli olduqları yeganə iş dərhal tövbə-istiğfar etmək və namazı bir də əldən buraxmamaqdır.

Muhəmməd peyğəmbər (s. a. v.) yatıb yuxuya qaldığı üçün qıla bilmədiyi sübh namazından sonra bu məsələni izah etmişdir. Diqqət yetirin, onun sözlərinin arasında üzrsüz yerə qılınmayan namazın qəzasına dair heç bir şey yoxdur:

“Diqqətli olun! Məndə sizin üçün bir nümunə var. Diqqət yetirin! Yuxu ucbatından namazı buraxmaqda bir qüsur yoxdur. Təqsir başqa namazın vaxtı gələnə qədər namazını qılmayan şəxsindir. Kim bilmədən yuxuya qalsa və beləcə, namazı qaçırsa, oyandığı vaxt o namazı qılsın. Amma o biri gün o namazı həmişəki vaxtda qılsın.”3

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Məvaqitu-s-Səlat (namaz vaxtları), 35; Müslim, Məsacid (məscidlər), 310-313; Nəsai, Məvakit (vaxtlar, namaz vaxtları), 55; Əhməd ibn Hənbəl, 2/428, 4/441. []
  2. Buxari, eyni fəsil, 36, 38, Əzan, 26, Səlatu-l-xavf (qorxu namazı), 4. []
  3. Müslim, Məsacid (məscidlər), 311 (681). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.886 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Namazı bilə-bilə qəzaya saxlamaq olar? 25.04.10 10.407 dəfə oxundu
2 Orucun qəzası var. Namazın qəzası niyə yoxdur? 15.05.10 8.799 dəfə oxundu
3 İbadəti vaxtında yerinə yetirməklə əlaqədar əmr qəza namazını da əhatə edir? 21.06.10 3.355 dəfə oxundu
4 Reanimasiyada qılına bilməyən namazı qəza etmək lazımdır? 18.12.10 3.635 dəfə oxundu
5 Namazı qılıb yatan və kirlənən uşaq həmin namazı təzədən qılmalıdır? 29.12.10 4.432 dəfə oxundu
6 Müstəhəb namazların yerinə qəza namazı qılmaq olar? 17.09.11 2.886 dəfə oxundu
7 Peyğəmbər heç namazı qəzaya saxlayıb? 03.04.12 5.614 dəfə oxundu
8 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 5.423 dəfə oxundu
9 Qəza namazı var? Əgər varsa, haçan qılınmalıdır? 10.12.09 14.078 dəfə oxundu
10 İş yerində namaz barədə sual-cavab 10.12.09 5.636 dəfə oxundu