Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib?
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər Tarix: 16 Eylül 2011 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Qüds şəhərində ilahi kitabı olan böyük dinlərin bütün peyğəmbərləri, o cümlədən İbrahim, Davud və İsa yaşayıblar. Bu vəziyyəti yer kürəsinin ümumi sahəsi ilə müqayisə edirəm və görürəm ki, dünya əhalisinin təqribən 90 %-nin inandığı dinlər bu qədər kiçik bir əraziyə göndərilib. Bu məsələni necə izah edərdiniz?

Cavab: Allah yer üzünün hər tərəfinə peyğəmbər göndərib. Gəlin, Quranın Tin (əncir) surəsində bildirilən bəzi məqamlara nəzər salaq:

“And olsun əncirə və zeytuna!

And olsun Sina dağına!1

And olsun bu təhlükəsiz şəhərə!”

Burada təhlükəsiz (əmin-amanlıq içində olan) bölgə Məkkədir. Zeytun dağı Qüdsdə İsa peyğəmbərin (əleyhissəlam) vəhy almağa başladığı dağdır. Turi-Sina isə Musa əleyhissəlamın çıxdığı dağdır.

Bu üç yer böyük peyğəmbərlərin vəhy aldıqları yerlərdir.

Bəs əncir nədir? Daha doğrusu, ayədəki əncir ifadəsi ilə nə nəzərdə tutulur?

Bu halda deyə bilərsiniz ki, əncir ağacı Budda-nın vəhy aldığı ağacdır. Yəni, onun bir peyğəmbər olmağına heç bir maneə yoxdur. Hətta bununla əlaqədar olaraq bəzi tədqiqatlar da aparılıb. Misal üçün, Hindistanlı bir alim olan Səfiyyurrəhman əl-Mübarəkfuri Hind mənbələri (vedalar) üzərində araşdırma aparıb və belə bir nəticəyə gəlib: Bu mənbələrdə Muhəmməd peyğəmbərin (s. a. v.) gələcəyinə dair işarələr (7 səhifədən ibarət bir fəsil) var (Brahman və Rəhman sözlərini müqayisə edin).

Bu o deməkdir ki, dünyanın hər hansı bir yerində dini bir formalaşma varsa, onun mənşəyində bir peyğəmbər var. Qurani-Kərimdə haqqında danışılan peyğəmbərlər bu ərazilərdə olan peyğəmbərlərdir. Hazırkı dünyada həmin peyğəmbərlər (Allah tərəfindən onlarla göndərilən şəriət və təlimlər) hakimdir.

Odur ki, əncir məsələsinin Budda ilə əlaqəsini qursanız, görərsiniz ki, onlar da çox böyük bir bölgədə üstünlük təşkil edirlər.

Buddizmi araşdırın. Bu dinə əsasən zina haramdır. Adam öldürmək ən böyük günahlardandır. Hətta heç bir canlıya qəsd etmək olmaz. Yalan danışmaq günahdır. Xülasə bizim dinimizdə, daha doğrusu, Quranda bildirilən qadağaların demək olar ki, hamısı onlarda da var. Ən böyük səhvləri özləri ilə Allahın arasına Budda-nı qoymaqlarıdır (şirk).

Bu inanc sistemində mühüm bir yer tutan Nirvanaya çatmaq məsələsi də İslamda olan (əslində isə olmayan) təsəvvüf təlimindəki fəna fi-llah məsələsi ilə eynidir. Əslində təsəvvüfdəki bir çox şeyin mənbəyi elə Buddizmdir.

Bayaq da dediyim kimi, buddistlər özləri ilə Allahın arasına vasitəçi kimi Budda-nı qoyurlar. Bu, Budda-nın təqsiri deyil. Xristianlar da Allahla aralarında İsa peyğəmbəri vasitəçi “tuturlar”. Yəni, onu tanrı halına gətirirlər. Unutmamaq lazımdır ki, insanların İsa peyğəmbəri tanrılaşdırması onun özünün qəbahəti deyil.

Əgər Quranda İsa peyğəmbərlə əlaqədar təfsilatlı ayələr olmasaydı, Allah bilir, biz də onun haqqında belə hətərən-pətərən fikirlərə düşə bilərdik.

Hazırkı dövrdə Muhəmməd peyğəmbəri (s. a. v.) tanrılaşdıran o qədər çox insan var ki!

http://www.muselmanlar.com/fitvalar/1892.html

http://www.muselmanlar.com/tedqiqatlar/532.html

Zəlalət yoluxucu xəstəlik kimidir; bir yerdə çıxan kimi hər tərəfi bürüyür. Ona görə də bu cür batil inanclara qarşı mütəmadi olaraq mübarizə aparmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır2

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. V. Məmmədəliyev və Z. Bünyadovun tərcüməsi belədir: And olsun (Allah Təalanın Musa ilə danışdığı) Tur dağına! []
  2. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.407 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Nuh peyğəmbərin gəmisini həqiqətən də, tapmaq olar? 29.04.10 2.250 dəfə oxundu
2 Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı? 31.03.11 2.031 dəfə oxundu
3 Zülqərneyn kim olub? 28.04.10 5.147 dəfə oxundu
4 Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti qabaqcadan cizilən qədəri deyilmi? 14.09.18 123 dəfə oxundu
5 Yuşa adlı bir peyğəmbər olub? 10.05.14 1.422 dəfə oxundu
6 Peyğəmbərlərin möcüzələrindən elm təhsil etmək olar? 21.04.11 1.816 dəfə oxundu
7 Ad qövmü 02.04.12 2.824 dəfə oxundu
8 İsa əleyhissəlamın kəlimə/söz olması nə mənaya gəlir? 15.10.18 133 dəfə oxundu
9 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 2.157 dəfə oxundu
10 Yaqub peyğəmbər İbrahim peyğəmbərin oğludur, yoxsa nəvəsi? 26.04.11 6.049 dəfə oxundu
11 Adəm İblis tərəfindən aldadılığı vaxt peyğəmbər idi, yoxsa yox? 05.06.12 1.939 dəfə oxundu
12 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 123 dəfə oxundu
13 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 6.330 dəfə oxundu
14 Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi? 08.05.11 1.731 dəfə oxundu
15 Üzeyir peyğəmbərin bu dünyadakı ölüm və dirilişi necə baş verib? 25.12.12 2.637 dəfə oxundu
16 Allah Təala kitabı nəbilərə yoxsa rəsullara nazil etmişdir? 18.03.19 95 dəfə oxundu
17 Necə oldu ki, Süleyman peyğəmbərin öldüyünü heç kəs başa düşmədi? 08.03.10 4.339 dəfə oxundu
18 Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi? 29.10.11 2.687 dəfə oxundu
19 Heç Allaha şərik qoşan peyğəmbər olub? 12.05.11 2.126 dəfə oxundu
20 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.065 dəfə oxundu
21 Rəsulullaha üsyan etmək, Allaha üsyan etmək kimidir? 29.03.19 58 dəfə oxundu
22 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.312 dəfə oxundu
23 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.835 dəfə oxundu
24 Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub? 29.05.11 12.636 dəfə oxundu
25 Peyğəmbərlərə fərq qoymaq olar? 31.10.13 1.647 dəfə oxundu
26 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.249 dəfə oxundu
27 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.688 dəfə oxundu
28 Musanın anasına gələn vəhylə rəsullara gələn vəhyin nə fərqi var? 19.05.14 1.219 dəfə oxundu
29 Peyğəmbərin qəbri haradadır? 16.11.13 7.416 dəfə oxundu
30 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 5.835 dəfə oxundu
31 Göyün hər qatında bir peyğəmbər var? 09.07.10 2.500 dəfə oxundu
32 Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib? 10.07.11 1.580 dəfə oxundu
33 Əgər ölülər qayıtmırsa, həzrəti İsa onları necə dirildib? 20.01.14 1.999 dəfə oxundu
34 Azər İbrahim peyğəmbərin atası idi, yoxsa əmisi? 16.02.10 2.818 dəfə oxundu
35 Qadınlardan peyğəmbər olub? 03.12.10 2.638 dəfə oxundu
36 Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib? 16.09.11 2.407 dəfə oxundu
37 Yunus (ə.s.) Allahın elçisi olduğu halda vəzifələnən yerdən qaçdımı? 27.01.17 357 dəfə oxundu
38 Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi? 15.03.10 6.871 dəfə oxundu
39 Adəm peyğəmbər 26.06.09 4.645 dəfə oxundu
40 Həzrəti İsa beşikdə danışıb? 22.12.11 1.987 dəfə oxundu
41 Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi? 30.01.17 1.278 dəfə oxundu
42 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 2.540 dəfə oxundu
43 İbrahim peyğəmbər 12.04.10 4.538 dəfə oxundu
44 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 2.234 dəfə oxundu
45 “Aşkarlanırsa sizi pis vəziyyətdə qoyacaq şeyləri istəməyin” ayəsini necə anlayaq? 08.03.17 391 dəfə oxundu
46 Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi? 17.03.10 3.837 dəfə oxundu
47 Hazırkı İncil həzrəti İsaya endirilən İncillə eyni kitabdır? 10.05.10 4.377 dəfə oxundu
48 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 2.332 dəfə oxundu
49 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 464 dəfə oxundu
50 Peyğəmbərlər həmişə eyni şeyi təbliğ ediblər? 10.10.16 539 dəfə oxundu
51 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 2.790 dəfə oxundu
52 İnsan peyğəmbər 06.07.09 3.766 dəfə oxundu
53 Bir daha peyğəmbər gəlməyəcəyinə görə Bəqərə 286-cı ayədəki “ISR” nədir? 22.03.17 707 dəfə oxundu
54 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.746 dəfə oxundu
55 Musa peyğəmbərin anasının adı nə olub? 26.02.11 7.032 dəfə oxundu
56 Cudi dağı 22.02.12 1.576 dəfə oxundu
57 Buda, Konfiçyus və Zərdüşt kimi şəxslər Allahın elçisi ola bilərlərmi? 12.07.17 276 dəfə oxundu
58 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 3.287 dəfə oxundu
59 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.888 dəfə oxundu
60 Nəbi (peyğəmbər) və rəsul (elçi) məfhumlarının izahı 22.02.12 2.438 dəfə oxundu
61 Əyyub əleyhissəlamın başına gələnlərin səbəbi nə idi? 04.05.18 173 dəfə oxundu
62 İbrahim peyğəmbər Allahın varlığını sübut edib? 28.04.10 2.534 dəfə oxundu
63 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 4.098 dəfə oxundu
64 Həzrəti Musaya verildiyi deyilən 9 ayə-9 möcüzə nədir? 13.08.14 1.505 dəfə oxundu
65 “Nəbilik bitdi amma Rəsulluq bitmədi” sözü doğrudurmu? 03.08.18 187 dəfə oxundu