Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var?
Müsəlmanlar > Fitvalar > Tövbə Tarix: 08 Eylül 2011 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Allah hər şey üçün bir qayda və meyar qoyub və onları Quranda bildirib. Günahların bağışlanmağı da həmin qaydalara əsaslanır. Əgər bu məsələdə bu dərəcədə riyazi dəqiqlik varsa, eyni zamanda insan gördüyü günah işləri və onların hansı şərtlər daxilində bağışlanacağını bilirsə, Allaha yalvarmağın nə mənası var? Misal üçün, bir insan şirk günahına batmayıbsa və böyük günahları törətməyibsə, digər günahları onsuz da bağışlanacaq. Elə isə insan nə üçün ömür boyu Allaha yalvarıb yaxarmalı və bağışlanmağını diləməlidir?

Cavab: Bağışlanmağın birinci şərti Allaha boyun əymək və ibadəti şüurlu surətdə yerinə yetirməkdir. Bu da ümumi qaydanın bir hissəsi olduğuna görə Allah Təala tez-tez tövbə-istiğfar etməyimizi buyurub.1

Sizin qeyd etdiyiniz şey isə sadəcə olaraq bir-birinə bərabər olan varlıqların arasında mümkündür. Bir adama borcunuzu vaxtında qaytardıqdan sonra yerinə yetirməli olduğunuz başqa bir iş qalmır. Ancaq Allah və bəndənin arasında belə bir bərabərlik yoxdur. Ona görə də böyük günahlardan uzaq durmaqla əlaqədar əmr müstəqil bir məsələdir. Məhz buna görə tövbə edib Allaha yalvarmağı bir kənara “atmaq” olmaz.

Əlavə olaraq, Allah Təala təkcə günahlara görə deyil, qazanılan müvəffəqiyyətlər, əldə olunan nemətlər və oxşar hallardan ötrü də istiğfar etməyi buyurub. Buna ən yaxşı misal Nasr surəsidir. Allah həmin surədə belə buyurur:

“Allahın köməyi və qələbə gəldiyi zaman,

insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə

həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, Ona üz tutanları qəbul edəndir!” (Nasr, 110/1-3)

Başqa sözlə desək, təkcə günahlara görə deyil, həmişə tövbə-istiğfar etmək lazımdır. Muhəmməd peyğəmbərin (s. a. v.) bu sözünü də unutmamalıyıq:

“Həqiqət budur ki, mənim də qəlbim pərdələnir. Mən də hər gün 100 dəfə Allahdan bağışlanma diləyirəm”.2

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bu məsələyə dair ayələrdən bəziləri bunlardır: Bəqərə, 2/199; Muhəmməd, 47/19; Nur, 24/31; Təhrim, 66/8. []
  2. Müslim, Zikr, 41 (2702); Əbu Davud, Vitir, 26; Tirmizi, Təfsir, 47; İbn Macə, Ədəb, 57. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.056 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 1.106 dəfə oxundu
2 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 762 dəfə oxundu
3 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.855 dəfə oxundu
4 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 220 dəfə oxundu
5 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.313 dəfə oxundu
6 Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik? 27.11.17 298 dəfə oxundu
7 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 12.875 dəfə oxundu
8 İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var? 19.04.10 3.386 dəfə oxundu
9 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.177 dəfə oxundu
10 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.500 dəfə oxundu
11 Bizim savablarımız puç ola bilər? 09.03.11 1.539 dəfə oxundu
12 Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var? 08.09.11 2.056 dəfə oxundu
13 Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir? 27.11.14 1.290 dəfə oxundu
14 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.329 dəfə oxundu
15 Nədamət 28.02.12 1.393 dəfə oxundu
16 Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır? 08.07.12 3.961 dəfə oxundu
17 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 9.567 dəfə oxundu
18 Kiçik günahlardan uzaq durmayanlar Cəhənnəmə daxil olacaqlar? 05.01.15 1.592 dəfə oxundu