Müsəlmanlar
İşləyən insanlara zəkat niyyəti ilə bəxşiş vermək olar?

İşləyən insanlara zəkat niyyəti ilə bəxşiş vermək olar?

Sual: Minimum əmək haqqı ilə işləyənlərə, misal üçün, möhtac kimi görünən, yeməkxana və çayxanalarda işləyən, maşın yuyan və bu kimi işlər görən insanlara zəkat niyyəti ilə pul vermək olar?

Cavab: Bir insana zəkat verilə bilməyi üçün gərək dini cəhətdən imkanlı hesab olunmasın. Əgər haqqında danışdığınız insanların bu xüsusiyyətə malik olduqlarını dəqiq bilirsinizsə, onlara zəkat niyyəti ilə bəxşiş verə bilərsiniz. Ancaq bundan arxayın deyilsinizsə, belə etməyin.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.