Müsəlmanlar
Keçən il zəkatı verilən puldan bu il də zəkat verilməlidir?

Keçən il zəkatı verilən puldan bu il də zəkat verilməlidir?

Sual: Mənim nisab miqdarını keçən bir qədər pulum var. Keçən il həmin pulun zəkatını verdim. O puldan bu il də zəkat verməliyəm? Əgər verməliyəmsə, pulun hamısından, yoxsa keçən ildən bəri artıq qalanından verməliyəm?

Cavab: Zəkat hər il təzədən hesablanan mal-dövlətdən verilən bir ibadətdir. Bir il zəkatı verilən mal növbəti il heç artmasa, hətta azalsa belə, zəkatını vermək lazımdır. Əsas odur ki, nisab miqdarından az olmasın. Hesablama zamanı əldə olan pul və malın 2,5 %-ini zəkat vermək lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.