Müsəlmanlar
Mən nişanlıyam. Nişanlım qızılından zəkat verməlidir?

Mən nişanlıyam. Nişanlım qızılından zəkat verməlidir?

Sual: Mən bir şirkətdə işləyirdim. Nişanlandım. Qıza 9 bilərzik və bir neçə ayrı qızıl əşyası aldım. Bir müddətdən sonra işdən çıxmalı oldum. Hal-hazırda 300 qram qızılımız var. Bunlara zəkat düşür? Sözün düzü, qızılları xırdalatmaq istəmirik. Əgər biz bu qızıllardan zəkat verməliyiksə, bizim əvəzimizə mənim atam versə, olar?

Cavab: Nişanlınıza aldığınız hədiyyələr sizin deyil, onundur. Bu o deməkdir ki, zəkat vermək vaxtı gəldikdə qızılların zəkatını siz və ya atanız deyil, o özü verməlidir. Bunun üçün qızılların üstündən 1 il keçməlidir.

Bundan sonra qızıllar hesablanmalı və 2,5 %-i zəkat verilməlidir. Zəkatı istər qızıl formasında, istərsə də pul olaraq vermək olar. Qızılları xırdalatmaq (pula çevirmək) şərt deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.