- Müselmanlar - http://www.muselmanlar.com -

Zəkatın qırxda biri necə hesablanır?

Cavab: Zəkatın qırxda biri zəruri ehtiyaclarınız və borclarınızın xaricində əlinizdə qalan və nisab miqdarını (85 qram qızıl və yaxud onu almağa çatacaq qədər pul) keçən şeyin (pul, mal-dövlət) 2,5 %-ni lazımi yerlərə vermək deməkdir.

Misal üçün, zəruri ehtiyaclar və borclarınızı çıxdıqdan sonra əlinizdə 10000 manat pul varsa, bunun qırxda biri (2,5 %-i) olan 250 manatı zəkat kimi verməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [1] © 2004 Bütün hüquqları qorunur.