Müselmanlar
Komissiya haqqı

Komissiya haqqı

Sual: Bir işdə komissiya haqqı alınır. Hər iki tərəf bundan xəbərdardır. Belə olan halda həmin komissiya haqqı halaldır?

Cavab: Qiymətlərin artmasına səbəb olmayan xidmətlər, yardımlar, vasitəçiliklər, satış məsləhətçiliyi və paylama işləri görmək qadağan deyil. İstehsalçının məhsulunu istehlakçıya təqdim edən, satıcı üçün alıcı tapan və bunun müqabilində müəyyən qədər pul alan xidmətlər normaldır. Başqa sözlə, dini cəhətdən qadağan deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin