Müsəlmanlar
Qaxda oruca başladım. İndi Bakıdayam. Hansı vaxta əsasən iftar edim?

Qaxda oruca başladım. İndi Bakıdayam. Hansı vaxta əsasən iftar edim?

Sual: Biz səhur yeməyini yedik. Əzan oxundu. Beləcə, oruca başladıq. Üstündən durub (Qaxdan) Bakıya getdik. İftar etmək üçün Qax vaxtını əsas götürməliyik, yoxsa Bakının iftar vaxtını?

Cavab: Oruc imsak vaxtı ilə başlayır, iftar vaxtı sona çatır. Bu qaydaya əsasən insanın oruca başladığı yer deyil, günəş batdığı vaxt harada olmağı əsas götürülür. Qaxda oruca başlayan şəxs günəş batdığı vaxt harada olursa olsun, iftarını edə bilər. Qaxın iftar vaxtını gözləməməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.