Müselmanlar
Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır?

Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır?

Sual: Mən cinsi əlaqədən sonra qüsl edirəm. Lakin üstündən yarım saat-bir saat keçməyinə baxmayaraq arabir məni gəlir. Bu hal məni narahat edir. Görəsən, belə olduqda təzədən qüsl vermək lazımdır?

Cavab: “Ehtilam olan və ya cinsi əlaqəyə girən bir kişi sidiyə getmədən, yaxud da xeyli yeriməmiş və ya yatmadan yuyunsa və sonra ondan məni (sperma) gəlsə, ikinci dəfə yuyunmalıdır. Ancaq sidiyə çıxdıqdan və ya xeyli yeridikdən, yaxud da yatdıqdan sonra şəhvətsiz olaraq gələn məni qüslü pozmur. Çünki bu halda həmin məni öz yerindən şəhvətsiz olaraq çıxır.

Eynilə bunun kimi, bir qadından yuyunduqdan sonra ərinin mənisi çıxsa, təzədən qüsl etməyi lazım deyil.” ((MƏNBƏ: Ömer Nasuhi Bilmen, böyük İslam elmihalı, “Qüsl” fəsli, 178-ci paraqraf.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin