Müsəlmanlar

Huşdan getmək orucu pozur?

Sual: İnsanda ürək keçməsi və huşunu itirmək kimi hallar baş verdikdə oruc pozulur? Ayıldıqdan sonra su içmək 60 günlük oruc kəffarəsini vacib edir?

Cavab: Orucu pozan şeylər bir şey yemək-içmək və cinsi əlaqədə olmaqdır. Bununla yanaşı, xəstə və səfərdə olanlar əgər istəsələr, oruc tutmaya bilərlər. Oruclu olduğu vaxt xəstələnən insanlar da dərman qəbul etmək məqsədilə oruclarını poza bilərlər.

Huşunu itirənlər də xəstə kimidirlər. Onlara ayıltmaq üçün su içirdilsə, yaxud da ayıdlıqdan sonra tamamilə özünə gəlmək üçün su və ya dərman içsələər, orucları pozulur. Bu halda Ramazan ayından sonra – sağaldıqları vaxt o günün yerinə təkcə 1 gün oruc tutmalıdırlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.