Müselmanlar
Oruc acların vəziyyətini başa düşmək üçün vacib olunub?

Oruc acların vəziyyətini başa düşmək üçün vacib olunub?

Sual: Deyirlər ki, orucun fəzilət və hikməti ac-yalavac insanların halını dərk etməkdir. Məncə oruc tutmaq bu qədər ucuz olmamalıdır. Allah insanlara oruc tutmağı əmr edib. Bunun məqsədi nədir? Güman edirəm ki, ildə 1 ay oruc və 1 qədr gecəsi təkcə acların halını başa düşmək üçün vacib edilməyib. Quranda bu məsələ ilə əlaqədar olaraq nə deyilir?

Cavab: Allah Təala Bəqərə surəsinin 183-cü ayəsində orucun vacib olunmağını belə bildirir:

“Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də qorunasınız deyə, vacib olundu”.

Əsl qorunmaq insanın Cəhənnəmdən qorunmağıdır. Bu da öz növbəsində şirk günahına batmamaqla olur. Oruc tutan insan ürəyi istədiyi və imkanı olduğu halda Allahın əmrini öz istəklərindən üstün tutur. Beləcə, yemək-işmək və cinsi əlaqədən uzaq durur.  Bununla da özünü qoruyub saxlayır.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/885.html

Bununla yanaşı, oruc tutmaq insanın sağlamlığını da qoruyur. Ona verilən nemətlərin qədrini bilməyi aşılayır. Səbrli olmağı və ac qalmağın nə demək olduğunu öyrədir.

Orucun bir çox fəzilət və hikməti var. Onları öyrənmək üçün lazımi müşahidələr aparmaq və bunu şəxsən yaşamaq – oruc tutmaq lazımdır.

Faizin haram edilməyinin səbəblərini heç kim iqtisadçılardan yaşı bilmir; çünki bu, məhz onların ixtisas sahəsidir.

Orucun fəzilətləri də tibb, sosiologiya, psixologiya və sairə sahələrdə ixtisaslaşmış şəxslər tərəfindən daha yaxşı başa düşülür. Hətta hazırkı dövrdə tibbdə orucdan müalicə vasitəsi kimi də istifadə edilir.

http://www.muselmanlar.com/fitvalar/2342.html

http://www.muselmanlar.com/fitvalar/2294.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin