Müsəlmanlar
Oruclu halda xörəyin dadına baxmaq olar?

Oruclu halda xörəyin dadına baxmaq olar?

Cavab: Quranın Bəqərə surəsinin 187-ci ayəsinə əsasən orucu batil edən şeylər yemək-içmək və cinsi əlaqədir. Bu mənaya gələn hərəkətlər də məkruh hesab olunur. Ciddi bir səbəb yoxdursa, bişirilən xörəyin dadına baxmaq məkruhdur. Ancaq əgər bir xanımın əri tünd xasiyyətlidirsə, yəni, xörək məsələsində problem yaradırsa, qadın udmamaq şərti ilə xörəyin dadına-duzuna baxa bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.