Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər?
Müsəlmanlar > Fitvalar > Oruc > Xəstə və əlillər Tarix: 29 Temmuz 2011 Tövsiyə et Çap et
Sual: Məni bir məsələ maraqlandırır: Oruc tutmaqları qeyri-mümkün olan xəstə, qoca və ya zəif insanlar nə etməlidirlər?

Cavab: Allah Təala xəstə və yol üstündə (səfər) olanlara oruc tutmamaq icasə verdikən sonra belə buyurub:

“Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Əgər bilsəydiniz!”. (Bəqərə, 2/184)

Başqa bir Quran ayəsində də belə deyilir:

“Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Allah xəstə və səfərdə olanların oruc tutmaqlarının daha yaxşı olacağını bildirib. Buna görə də onların oruc tutacaq gücə malik olduqlarını başa düşmək olar. Bəqərə surəsinin 185-ci ayəsində bu icazənin səbəbi aşağıdakı kimi izah edilir:

“Allah sizin üçün asanlıq istəyir. Çətinlik istəmir”.

Oruc tutmağı mümkün olmayacaq səviyyədə zəif olanlar, istər qoca, istər xəstə, istərsə də başqa vəziyyətdə olanlar Allahın oruc tutmaqdan cavabdeh hesab etdiyi şəxslərdən olmurlar. Bu kimi şəxslər “oruc tutmaqlarının daha yaxşı” olduğu şəxslər kimi deyillər.

Muhəmməd peyğəmbərdən (s. a. v.) hamilə və əmzikli qadınlarla əlaqədar rəvayət olunan bir hədis onların bu vəziyyətdə sayıldığını göstərir:

“Allah səfərdə olandan orucu və namazın yarısını aradan qaldırıb. Hamilə və uşağa süd verən qadından da oruc tutmağı götürüb”.1

Peyğəmbərimiz onları fidyə verməkdən də məsul hesab etməyib. Çünki ayədə (Bəqərə, 2/184) qeyd olunan fidyə oruc tuta bilənlərin Ramazan bayramında verməli olduqları fitrəni nəzərdə tutur. Halbuki həmin şəxslərin oruc tutmağa gücləri çatmır və fitrə verməkləri də lazım deyil.

Burada hamilə və əmzikli qadınlar məsələsini də aydınlaşdırmaq lazımdır. Çünki onların hamısı eyni deyil. Əgər oruc tutmaqları çətinlik törədəcəksə, ancaq özlərinə və ya körpələrinə aradan qaldırılması mümkün olmayan bir zərər toxunacaqsa, xəstə kimi qəbul olunurlar. Belə hallarda aşağıdakı hədisə əsasən hərəkət etmək lazımdır:

Peyğəmbər özünə ziyan dəyəcəyindən qorxan hamilə qadına və körpəsinə zərər toxunacağından ehtiyat edən əmzikli qadına oruc tutmamaq icazəsi verib”.2

Bu vəziyyətdə olan hamilə və əmzikli qadınlar yuxarıdakılardan fərqli olaraq tuta bilmədikləri orucu sonra tutmalıdırlar.

Yeri gəlmişkən, fitrə barədə aşağıdakı keçidlərdən məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/fitre

http://www.muselmanlar.com/tedqiqatlar/849.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Savm (oruc), 21; Əbu Davud, Savm, 43; Nəsai, Siyam, 61; İbn Macə, Siyam, 12. QEYD: Bu hədəsin mətnində bir problem var. Belə ki, səfərdə olandan oruc götürülməyib; onunla əlaqədar “oruc” sözü hədisə ravi tərəfindən əlavə olunub. Yəni, bu, müdrəc bir hədisdir. Çünki yuxarıda da qeyd edildiyi kimi, Allah yol üstündə olanı oruc tutmaq məsuliyyətindən azad etməyib. Sadəcə olaraq orucunu başqa bir vaxtda tutmağının mümkün olduğunu bildirib. Nəticə etibarilə həmin hədis belə olmalıdır: “Allah səfərdə olandan namazın yarısını götürüb. Hamilə və əmzikli qadından da orucu götürüb”. []
  2. İbn Macə, Siyam,12. Ənəs ibn Malikin rəvayəti. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.852 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 2.893 dəfə oxundu
2 İynə vurdurmaq orucu pozur? 06.04.10 4.862 dəfə oxundu
3 Kor bir adam namazda başqalarına imamlıq edə bilər? 06.02.10 2.327 dəfə oxundu
4 Susuz atılan dərmanlar orucu pozur? 08.08.11 3.999 dəfə oxundu
5 Bir qadın ərinin əmisini çimizdirə bilər? 22.04.11 5.007 dəfə oxundu
6 Təzyiq və miqren xəstələri oruc tutmalıdırlar? 02.08.11 3.805 dəfə oxundu
7 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 2.968 dəfə oxundu
8 Burun damcısı orucu pozur? 31.07.11 6.688 dəfə oxundu
9 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 6.033 dəfə oxundu
10 Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər? 29.07.11 3.852 dəfə oxundu
11 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 2.632 dəfə oxundu
12 Gündə 3 dəfə dərman qəbul edən xəstə oruc tutmasa, olar? 05.08.12 3.754 dəfə oxundu
13 Xəstəlik ucbatından pozulan orucun yerinə nə qədər oruc lazımdır? 13.04.11 3.937 dəfə oxundu
14 Dializ tətbiq olunan böyrək xəstəsi oruc tuta bilər? 19.07.13 1.811 dəfə oxundu
15 Divanda namaz qılan xəstə yastığın üstündə səcdə edə bilər? 05.05.10 2.915 dəfə oxundu
16 Müalicə olunan xəstənin oruc tutmağı problem yarada bilər? 21.07.13 2.594 dəfə oxundu
17 Dul qadınlar və xəstələr zəkat verməlidirlər? 16.04.10 2.515 dəfə oxundu
18 Fəlc olmuş, şüuru yerində omayan xəstələrin ibadət borcu necə ödənəcək? 13.06.15 892 dəfə oxundu
19 Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm? 07.04.10 2.740 dəfə oxundu
20 Bir xəstənin müalicə olmaq istəməməsi caizdirmi? 06.11.17 185 dəfə oxundu
21 Diş çəkdirdikdə həkim xəstəyə iynə vurur. Bu hal orucu pozur? 06.04.10 4.595 dəfə oxundu
22 Şəkər xəstələri oruc tutmalıdır? 03.04.10 4.449 dəfə oxundu
23 Həccə gedərkən xəstələnmək, yaxud da ölmək barədə 06.11.09 2.172 dəfə oxundu
24 Yaddaş pozğunluğu xəstəsi oruc tutmalıdır? 15.08.11 2.283 dəfə oxundu
25 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 3.118 dəfə oxundu
26 Şam qoymaq orucu pozur? 07.04.10 6.474 dəfə oxundu
27 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 5.531 dəfə oxundu
28 İmalə orucu pozur? 05.04.10 4.088 dəfə oxundu