İblisin Haqq Yoldan Azmağı
Müsəlmanlar > Fitvalar > Quran Tarix: 12 Mayıs 2009 Tövsiyə et Çap et

Məgər şeytan ağılsız bir varlıq idi ki, Allaha üsyan etsin? Adəm və İblisin qissəsini bu baxımdan necə başa düşmək və qiymətləndirmək lazımdır?

Şeytan ağılsız bir varlıq deyil. Hətta o, Allahın qüdrətindən xəbərdar olduğuna görə qovulduğu vaxt belə, Allahdan icazə istəmişdir. Bəzi ayələr şeytanın Allahdan qorxduğunu da bildirir.

Lakin bu məsələdə ən çox diqqət yetirilməli olan cəhət budur: Ağıllı varlıq olmaqla ağlını işlətmək eyni şey demək deyil. Şeytan ağlını işlətmədiyinə və ardınca da tövbə-istiğfar edib bağışlanmaq diləmədiyi üçün o vəziyyətə düşdü. Əgər o səhvə yol verdikdən sonra hislərinin əvəzinə ağlından istifadə edib Allaha tövbə-istiğfar etsəydi, indi o halda olmayacaqdı. Əstağfirullah, Allah zalım deyil ki, onu yoldan çıxarsın və sonra cəza versin!

Adəm peyğəmbər (ə. s.) də Allahı çox yaxşı tanıyırdı. Hətta ona hər şeyi Allah öyrətmişdir. Bu cəhətdən baxıldıqda Allah ona müəllimlik edib. Allah Adəmə sadəcə olaraq bir qadağa qoymuşdu. O isə gedib o qadağanı pozdu. Bu mərhələyə qədər onun gördüyü işlə şeytanın gördüyü iş arasında heç bir fərq yoxdur. Belə ki, onlardan biri Allahın əmrinə tabe olmadı, digəri də Allahın qoyduğu qadağanı pozdu. Sonra ikisinin arasındakı fərq məlum oldu. Şeytan öz gördüyü işin düzgün olması məsələsində inadkarlıq və təkid etdi. Təkəbbürə qapıldı və hüzurdan qovuldu. Adəm isə əməlinin yanlış olduğunu başa düşüb dərhal tövbə etdi və bağışlandı. Yəni, bunlar nə etdilərsə, özləri etdilər. Allah onları belə bir iş görməyə məcbur etməyib. Budur, ağıllı olmaqla ağlını işlətmək arasındakı fərq burada üzə çıxdı.

Etiketlər: , , , ,

286 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hamı Quranı oxuyub başa düşə bilər? 05.07.09 132 dəfə oxundu
2 Tağutilik məfhumu nəyi bildirir? 05.07.09 168 dəfə oxundu
3 Quran və anaxronizm 05.07.09 141 dəfə oxundu
4 Ölülərə Quran oxuyub tapşırmaq 05.07.09 150 dəfə oxundu
5 Adəm və İblis 05.07.09 136 dəfə oxundu
6 Mülayim İslam, yoxsa radikal? 05.07.09 128 dəfə oxundu
7 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 142 dəfə oxundu
8 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 140 dəfə oxundu
9 Allahın ərşə istiva etməsi 05.07.09 107 dəfə oxundu
10 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 121 dəfə oxundu
11 Quranı qaydalara əsasən oxumaq 05.07.09 154 dəfə oxundu
12 “İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir? 05.07.09 110 dəfə oxundu
13 Quranın hamı tərəfindən başa düşülməsi 05.07.09 235 dəfə oxundu
14 Quranın zikr olması 05.07.09 143 dəfə oxundu
15 Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi 05.07.09 129 dəfə oxundu
16 Cəbrayılın peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 129 dəfə oxundu
17 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 178 dəfə oxundu
18 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 173 dəfə oxundu
19 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 125 dəfə oxundu
20 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 66 dəfə oxundu
21 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 118 dəfə oxundu
22 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 134 dəfə oxundu
23 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 170 dəfə oxundu
24 Qurbanlıq Buğa Əhvalatı 01.04.10 130 dəfə oxundu
25 Şəfaət 08.04.10 127 dəfə oxundu
26 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 106 dəfə oxundu
27 Bəqərə Surəsi 19.04.10 153 dəfə oxundu
28 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 70 dəfə oxundu
29 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 84 dəfə oxundu
30 Təhrif nə deməkdir? 16.04.10 69 dəfə oxundu
31 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 171 dəfə oxundu
32 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 104 dəfə oxundu
33 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 93 dəfə oxundu
34 Quranı Başa Düşmək 26.04.10 376 dəfə oxundu
35 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 84 dəfə oxundu
36 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 79 dəfə oxundu
37 Quranda şirklə əlaqədar hansı ayələr var? 05.05.10 105 dəfə oxundu
38 İblisin Haqq Yoldan Azmağı 12.05.09 286 dəfə oxundu
39 Bəqərə surəsi, 7-ci ayə (II hissə) 28.03.10 130 dəfə oxundu
40 Nəsx nədir? Hansı mənaları bildirir? 26.05.10 238 dəfə oxundu
41 Где рай: на небе или где? 29.08.10 56 dəfə oxundu
42 Как понять аят 19-ый суры Хадид? 31.08.10 43 dəfə oxundu
43 Коран: чтение с текста и наизусть 02.09.10 27 dəfə oxundu