Müsəlmanlar

İkra yemək olar?

Sual: Mən bir nəfərdən eşitdim ki, ikra yemək günahdır. Bu nə dərəcədə düzdür?

Cavab: Məlum olduğu kimi, kürü (ikra) balıq yumurtası deməkdir. Allah quruda yaşayan heyvanların əksinə, suda yaşayan heyvanların heç bir istisna qoymadan halal olduğunu bildirib. Bu barədə Maidə (süfrə) surəsində belə deyilir:

“Dəniz ovu və onun yeyəcəyi sizə də, yol üstündə olanlara da bir dolanışıq olaraq halal edilmişdir”.

Bu ayənin hökmünə əsasən balıqlar və balıq yumurtaları halaldır. Həzrəti Muhəmməddən (s. a. v.) nəql olunan hədislərə əsasən balığın ölüsü də qadağaya daxil deyil. Çünki ondan dəniz suyunun hökmünü soruşduqda o, bu suala belə cavab vermişdir:

“Dənizin suyu təmiz, meytəsi (ölüsü) də halaldır” (MƏNBƏ: Muvatta, Təharət, 12, Sayd (ov), 12; Əhməd ibn Hənbəl, 2/237, 361, 378, 393; İbn Macə, Təharət, 38; Əbu Davud, Təharət, 41; Tirmizi, Təharət, 52; Nəsai, Təharət, 46, Miyah (Sular), 4, Sayd, 35).

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2072.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.