Müsəlmanlar
Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur?

Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur?

Sual: Qurani-Kərimdəki “aşna: gizli dost” ifadəsi nəyi bildirir? Münasibətdə olunan qadın nəzərdə tutulur, yoxsa kişi? Bir də insanların həyat yoldaşlarından başqa qəlblərinə girən əks cinsin nümayəndələrinə gizli dost deyilir?

Cavab: Gəlin, hər şeydən əvvəl bu sözlərin olduğu ayələrə bir misal verək. Maidə surəsinin 5-ci ayəsində belə deyilir:

“İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar”.

Həmin ayələrdə “gizli dostlar” kimi tərcümə ediən “əxdan: اخدان” sözü “dost və aşna-oynaş” mənası verən “xidn: خدن” sözünün cəm formasıdır. Bu söz əsasən “şəhvət hissi ilə dostluq əlaqəsi qurulan şəxs – aşna və oynaş” haqqında işlədilir. ((Baxın: Rağib əl-İsfahaninin “Müfrədatu əlfazi-l-Quran” əsəri, x-d-n bəndi, s. 277.))

Yuxarıdakı şərhə əsasən gizli dost olmaq üçün intim münasibətdə olmaq deyil, o hiss ilə dostluq əlaqəsi qurmaq kifayət edir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.