İctihad və müctehid nə deməkdir?
Müsəlmanlar > Fiqh üsulu > Fitvalar Tarix: 29 Haziran 2009 Tövsiyə et Çap et
Sual: İctihad, müctehid və ictihad etmək nə deməkdir?

Cavab: İctihad sözünün hərfi mənası çətinliyə dözməksəy göstərməkdir. Bir termin kimi isə bu söz bir fiqh aliminin, başqa sözlə, bir fəqihin şəri bir hökmü dəlilindən çıxartmaq üçün səy göstərməsibu məsələdə öz gücündən istifadə etməsi mənasında işlədilir. Burada dəlil sözü ilə İslam hüququnun əsas qaynaqları olan Qurani-Kərim və Muhəmməd peyğəmbərin (s. a. v.) sünnəsi nəzərdə tutulur.

İctihad edən alim müctəhid (əksər hallarda “müctehid”), ictihadın mövzusu olan şəri hökm müctəhidun fih adlandırılır. İslam hüququ ilə əlaqədar olan bütün məsələlərdə ictihad edə bilən fiqh mütəxəssisinə müctehidi-mütləq, ancaq bəzi məsələlərdə ictihad edə bilən alimə müctehidi-müqəyyəd deyilir.

Hələ ictihad etmək səviyyəsinə çatmamış fiqh alimlərinə müqəllid deyilir. Çünki bunların tədqiqatları başqa bir müctehidin fikirlərini anlayıb qavramaq və ona əsasən fitva verməklə məhduddur. Belə alimlər əsasən bir məzhəbə bağlı olur və öz əsərlərində o məzhəbin hökm, məsələ və rəvayətlərini toplayırlar.

Özünə məxsus bir metodla (usuli-fiqh: fiqh üsulu) ictihad etmək istəyən bir müctehid Qurani-Kərim və hədisləri yaxşı bilməlidir. Belə bir şəxs fiqhlə əlaqədar olan ayələri – əhkam ayələrini dil və şəriət baxımından yaxşı bilməli və onun xas, amm, mücməl, müfəssər, nasix və mənsux kimi Quran məsələlərinə dair dərin məlumatı olmalıdır. Əhkam hədislərinin mənasını dil və şəriət baxlımından yaxşı biməklə yanaşı, bunların bizə qədər necə gəlib çatdığını da yaxşı bilməlidir. İctihadda qiyas məsələsi çox mühüm bir yer tutur. Müctehid səhv müqayisələr aparmamaq üçün bu məsələni yaxşı bilməlidir. İmam Əbu Hənifə (ölüm tarixi hicri 150/miladi 767-ci il), İmam Şafii (öl. 204/819), İmam Malik (öl. 179/795) və İmam Əhməd ibn Hənbəl (öl. 241/855) bütün bu şərtlərə, başqa sözlə, belə xüsusiyyətlərə malik olan alimlər olublar. Lakin mütləq müctehidlərin siyahısı ancaq bu dörd şəxslə məhdud deyil. Bu şəxslərdən başqa çoxlu mütləq müctehid var. Bununla yanaşı, adları çəkilən dörd şəxs indiyədək özlərinə necə deyərlər, tərəfdar tapdıqlarına görə onların fikirləri öz dəlil və metodlarını mənimsəyən bir çox fiqh aliminin də əlavəsi ilə bir məzhəb halına gəlib. Onlar öz varlıqlarını da bu yolla “davam etdirirlər”.

İctihad bir fiqh mütəxəssisinin bir məsələ ilə əlaqədar olaraq İslam hüququnun əsas qaynaqları üzərində apardığı dərin araşdırmalar nəticəsində əldə etdiyi fikir və qənaət(i)dir. Onun əldə etdiyi nəticənin səhv olması ehtimalına əsasən buna zənni-qalib deyilir. Buna görə də heç bir müctehid öz ictihadının tamamilə doğru və digər ictihadların səhv olduğunu qətiyyətlə iddia edə bilməz.

Şəriətin əsas mənbələri olan Qurani-Kərim və hədislərdə hər bir hüquqi məsələ ilə əlaqədar təfərrüatlı bir izah yoxdur. Lakin bu məsələlərin tabe olduqları ümumi qaydalar və mütləq ifadələr var. Müctehidlər də məhz bu ümumi qayda və mütləq ifadələrə əsaslanaraq rast gəldikləri ya da fikirləşdikləri hüquqi məsələlərin şəri hökmlərini izah ediblər.

Muaz ibn Cəbəlin rəvayətinə əsasən həzrəti Muhəmməd (s. a. v.) onu Yəmənə göndərdiyi vaxt aralarında belə bir söhbət olmuşdu:

– Nə ilə hökm edəcəksən ey Muaz?

– Allah Təalanın kitabında olanla.

– Əgər sən onu Allahın kitabında tapmasan necə?

– Rəsulullahın hökm etdiyi ilə hökm edərəm.

– Onu Rəsulullahın hökm etdiyində də tapa bilməsən nə edərsən?

– Öz rəyimlə ictihad edərəm.

Rəsulullah bunun ardından belə buyurdu:

“Rəsulunun məmurunu müvəffəq edən Allaha həmd olsun”.1

Həzrəti peyğəmbərin Muazdan axtardığı hökmü Quran və hədislərdə tapa bilməyəcəyi təqdirdə nə edəcəyini soruşması göstərir ki, bu iki qaynaq hər bir hadisənin açıq hökmünü izah etmir. Hədisin axırında da bildirilir ki, bu məsələdə edilməli olan şey ictihaddır. Abdulla ibn Ömərin (r. a.) rəvayətinə əsasən Rəsulullah (s. a. v.) bir gün Əmr ibnul-Əsə (r. a.) belə dedi:

– Bu iki şəxs arasında qazılıq et.

Əmr ibnul-Əs: “Sən burada ola-ola mən qazılıq edə bilərəm?”, – deyə sual verdi.

Rəsulullah: “Bəli”, – dedi.

Əmr ibnul-Əs: “Mən nəyə əsasən hökm edim?”, – deyə soruşdu.

Rəsulullah belə buyurdu:

– İctihadına əsasən. Ona əsaslan. Əgər ictihad edib düzgün olanı tapsan, on savab qazanarsan. Əgər səhv etsən, bir savab qazanarsan.2

Həzrəti peyğəmbərin hətta xətaya düşən müctehidin belə savab qazanacağını bildirməsi İslam alimləri üçün ürəkləndirici bir şeydir. Belə olan halda, fasiləsiz olaraq dəyişən məsələlərə dair yeni-yeni ictihadlar etmək barəsində hər hansı bir çəkinmədən söz gedə bilməz.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, XVI cild, s. 76. []
  2. Şəmsəddin Əs-Səraxsi, yenə orada. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.471 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Fərz nədir və hansı növləri var? 31.08.09 3.777 dəfə oxundu
2 Mühərrəmat 19.04.12 1.207 dəfə oxundu
3 Əda əhliyyəti hansı hallarda aradan qalxır? 31.08.09 1.857 dəfə oxundu
4 Rəsulullahın Quranı təbyin etməyi onu izah mənasına gəlirmi? 03.07.13 1.439 dəfə oxundu
5 Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər 31.08.09 1.861 dəfə oxundu
6 İctihad və müctehid nə deməkdir? 29.06.09 3.471 dəfə oxundu
7 İslam hüququnda fasiqlər barədə nə deyilir? 12.03.10 2.332 dəfə oxundu
8 Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb? 12.04.10 2.708 dəfə oxundu
9 9 yaşlı bir qız uşağı aybaşı görsə, dini cəhətdən cavabdeh hesab olunur? 16.06.10 4.538 dəfə oxundu
10 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 5.741 dəfə oxundu
11 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.886 dəfə oxundu
12 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.578 dəfə oxundu
13 Məntiq elmi Quranı yaxşı başa düşməyə kömək edə bilər? 06.04.11 1.850 dəfə oxundu
14 Harama aparan yollar da haramdır? 05.05.11 1.627 dəfə oxundu
15 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 1.757 dəfə oxundu
16 Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir? 01.06.11 1.549 dəfə oxundu
17 Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar? 07.12.11 4.141 dəfə oxundu
18 Haram nədir və hansı növləri var? 31.08.09 3.854 dəfə oxundu
19 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.808 dəfə oxundu