Müselmanlar
Peyğəmbərin dövründə orucu aprel ayında tuturdular?

Peyğəmbərin dövründə orucu aprel ayında tuturdular?

Sual: Mən belə bir söz eşitmişəm və onu dəqiqləşdirmək istəyirəm. Deyilənə görə peyğəmbərin dövründə müsəlmanlar aprel ayında oruc tuturmuşlar. Xəlifə Əbu Bəkrin dövründə orucun vaxtı 10 gün dəyişdirilib. Beləcə, hicri təqvimə keçiblər. Bu düzdür?

Cavab: Görünür ki, bu sözü uyduran insan dini məsələlərə olduqca nabələddir. Diqqət yetirin, Quranın Bəqərə surəsinin 185-ci ayəsində belə deyilir:

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir. Sizlərdən bu aya çatan (şahid olan) şəxslər (həmin ayı) oruc tutmalıdırlar”.

Göründüyü kimi, ayədə Ramazan ayından danışılır. Burada aprel ayından söhbət getmir.

Qısa desək, sualınızda qeyd etdiyiniz məsələ düz deyil. İnsanlar cahil olduqları vaxt çox rahat danışırlar; özlərindən elə hey nəyi isə uydururlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin