Müsəlmanlar
Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib?

Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib?

Sual: Quranda haqqında danışılan qövmlərin həlak olub tarix səhnəsindən silinməyi Allahın qoyduğu nizam-intizamın nəticəsidir? Onlar təbiətə ziyan vurduqları üçün həlak oldular? Yoxsa Allah onları zəlalətə düşdükləri üçün qəfildən məhv etdi?

Cavab: Qövmlərin həlak olmağı Allahın qurduğu sistemin nəticəsidir. Həm zəlalətə düşüb düz yoldan çıxdıqları üçün, həm də təbiətə ziyan vurduları üçün cəzalandıriliblar.

Quranda deyilir:

“Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik.

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha) (itaət etməyi) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik.

Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir”. (İsra, 17/15-17)

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Rum, 30/41)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3540.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.