Biz özümüzü mütləq hansısa bir məzhəbə aid etməliyik?
Müsəlmanlar > Fitvalar > Məzhəblər Tarix: 08 Temmuz 2011 Tövsiyə et Çap et
Sual: Özümüz haqqında danışdıqda hansısa məzhəbə mənsub olduğumuzu mütləq deməliyik? Ümumiyyətlə bir məzhəbə mənsub olmadan İslam dinini yaşamaq mümkündür, yoxsa yox? İnsanlar özlərini nəyə görə bir təriqət və məzhəblə tanıdırlar?

Cavab: İslam dinində belə bir şərt yoxdur. Başqa sözlə desək, Qurani-Kərim və peyğəmbər hədislərində belə bir tələb qətiyyən yoxdur. Bu kimi şeylər tarixən yaranıb və adət-ənənə halını alıb.

Allah Quranda belə buyurur:

(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”. (Ənam, 6/159)

Burada dinini parça-parça edib kimlərinsə ətrafına yığışanlar nəzərdə tutulur. Yəni, filan ağanın camaatı, filan təriqət şeyxinin icması, filankəsin təriqəti və sairə kimi. Allah Muhəmməd peyğəmbərə (s. a. v.) bildirir ki, sən heç bir məsələdə onların cərgəsində deyilsən. Məzhəblərə və məzhəbpərəstliyə verilməli olan cavab məhz budur!

Burada çox vacib bir məqam da var: Əgər biz özümüz Quran və Sünnədən hökm çıxartmağı bacarmırıqsa, şübhəsiz ki, bilənlərdən soruşub öyrənməliyik. Amma bu o demək deyil ki, kimi isə kor-koranə təqlid edək.

Bilirsinizmi, bu nəyə oxşayır? Tutalım ki, siz gedib bir marketdən çörək aldınız. Məgər bu halda bütün digər şeyləri də eyni marketdən almağa məcbursunuz? Əlbəttə ki, xeyr! Çünki o marketin satdığı çörək ləzzətli və tutumlu ola bilər, ancaq başqa bir yerdə satılan pendir də oradakından keyfiyyətli ola bilər! Başqa bir yerdən də təzə meyvələri və digər ərzaq məhsullarını almaq olar. Yaxud da filankəs daha ucuza satır deyə, gedib başqa yerdən ala bilərsiniz.

Yuxarıdakı sözlər bir misal vermək üçün işlədilib. Əlbəttə, müsəlman elm öyrənməli, dini məsələri də xüsusi qaydada araşdırmalıdır. Öz işinə sərf edir deyə, gedib kiminsə ətəyinə yapışmamalı, onun dediklərinin hamısını düzgün şeylər kimi qəbul etməməlidir. Əksinə, hər şeyi Quran və Sünnəyə əsasən saf-çürük etməlidir.

Odur ki, əgər bir şəxs hər hansı bir dini məsələyə dair fikir söyləyirsə, onun dediyinin Quran və Sünnəyə nə dərəcədə müvafiq olub olmadığına baxmaq lazımdır. Və ən vacibi budur ki, bir nəfər bir şeyi düz deyibsə, onun bütün dediklərinə necə deyərlər, abunə olmayasan.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Sualınızla əlaqədar olduğu üçün aşağıdakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/dusunce-sahesi/281.html

http://www.muselmanlar.com/fitvalar/mezhebler

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.742 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.151 dəfə oxundu
2 Cəhmiyyə 27.02.12 1.811 dəfə oxundu
3 Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir? 03.08.09 1.924 dəfə oxundu
4 Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər? 06.07.12 1.663 dəfə oxundu
5 Məzhəblərdən birinə üstünlük vermək 03.08.09 1.591 dəfə oxundu
6 Məzhəb imamlarının və alimlərin həyatımızdakı mövqeyi 02.01.14 1.260 dəfə oxundu
7 Məzhəblərin bir-birindən fərqi nədən ibarətdir? 03.08.09 1.813 dəfə oxundu
8 Şiələr möminlərin analarına necə dil uzada bilirlər? 07.10.16 1.074 dəfə oxundu
9 Saytınızdakı yazılar hansı məzhəbin fikirlərinə əsasən yazılır? 03.08.09 2.029 dəfə oxundu
10 Neçə haqq məzhəb vardır? 02.12.16 1.342 dəfə oxundu
11 Hansı məzhəbə mənsub olanlar cənnətə gedəcəklər? 03.08.09 2.136 dəfə oxundu
12 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 182 dəfə oxundu
13 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.267 dəfə oxundu
14 Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir? 11.12.17 400 dəfə oxundu
15 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 2.678 dəfə oxundu
16 Müsəlmanların sünni və şiə deyə ayrılmalarının səbəbi nədir? 01.04.19 404 dəfə oxundu
17 Məzhəblər nə cür yaranıb? 23.03.11 2.360 dəfə oxundu
18 Hansı məzhəbə tabe olmaq lazımdır? 29.04.19 214 dəfə oxundu
19 Ali-İmranın 100-cü ayəsi məzhəb tərəfgirliyini qadağan edir? 14.04.11 1.746 dəfə oxundu
20 Hənəfi bir nəfər Şafei bir pişnamaza iqtida edə bilər? 24.04.11 2.443 dəfə oxundu
21 Mötəzilə, Əşariyyə və Maturidiyyə cərəyanlarının hansı Qurana müvafiqdir? 07.07.11 1.823 dəfə oxundu
22 Biz özümüzü mütləq hansısa bir məzhəbə aid etməliyik? 08.07.11 1.742 dəfə oxundu
23 Namaz üçün mütləq bir məzhəbə tabe olmaq lazımdır? 27.05.14 1.735 dəfə oxundu
24 Bir müsəlman həmişə bir məzhəbə sadiq qalmalıdır? 18.10.11 1.510 dəfə oxundu