Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir?
Müsəlmanlar > Cümə namazı > Fitvalar > Namaz vaxtları Tarix: 05 Temmuz 2011 Tövsiyə et Çap et
Sual: Cümə gecəsi nə vaxt olur? Peyğəmbərin: “Cümə gecəsini yaxşı qiymətləndirin”, - deyə, hədisləri var. Buna əsasən Cümə gecəsi 4-cü günü 5-ci günə bağlayan gecədir, yoxsa 5-ci gündən 6-cı günə keçən gecə?

Cavab: Quran ayələri və peyğəmbərimizin (s. a. v.) hədislərinə əsasən Cümə gecəsi Cümə günü (5-ci gün) günəşin batdığı vaxtdan doğduğu vaxta qədər davam edən müddətdir.

Allah belə deyir:

“Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir”. (Yasin, 36/40)

Gecə gündüzü keçə bilmədiyinə görə əvvəlcə gündüz, sonra gecə gəlir. Buna görə də birinci namaz günorta (zöhr) namazıdır. İsra surəsinin 78-ci və Hud surəsinin 114-cü ayələri bunu göstərir. Mələk Cəbrail Kəbədə Muhəmməd peyğəmbərə 2 gün namaz qıldırıb. Hər birində əvvəlcə günorta namazını qıldırıb. Peyğəmbərimiz də vaxt namazlarını izah edərkən eyni cür hərəkət edib.

Bu qədər açıq-aydın ayə və hədislərə baxmayaraq hazırkı dövrdə müsəlmanlar təkcə Hacc günlərində gündüzün əvvəl, gecənin sonra olduğunu qəbul edirlər. Onlar digər günlərdə günü günəşin batması ilə başa vurur və başladırlar. Bunun səbəbi Qəməri ayların başa çatmağının və başlamağının əlamətinin günəşin batmağından sonra müşahidə edilən hilal (aypara) olmasıdır.

Ramazan ayında oruca başlamazdan qabaq təravih namazının qılınmasının, eləcə də, axırıncı günün axşamında qılınmamağının səbəbi də budur. Ancaq bu, peyğəmbərin və ya əshabələrinin həyata keçirdikləri bir şey deyil.

Əgər Ramazan ayı axırıncı gün günəşin batması ilə başa çatsaydı, bayram namazı həmin günün axşam namazının vaxtında qılınar, fitrələr də o vaxtdan etibarən vacib olardı. Halbuki bayram namazı o gecənin səhərində günəş çıxdıqdan sonra kərahət vaxtının çıxdığı andan etibarən qılınır. Fitrəni də günəşin doğduğu vaxtdan başlayaraq vermək lazım gəlir.

İkrimənin İbn Abbasdan rəvayət etdiyinə görə peyğəmbərimiz fitrəni oruclunun ağzından çıxmaq ehtimalı olan boş və pis sözlər üçün bir təmizlik və çarəsiz qalan insanlar (miskin) üçün yemək olsun deyə, vacib edib. Kim fitr sədəqəsini bayram namazından əvvəl versə, bu, məqbul bir zəkat olar. Kim də namazdan sonra versə, bu, sədəqələrdən bir sədəqə olar. (Əbu Davud, Zəkat, 18)

Hilalın görülməsinin təzə ayın başladığını göstərməyi ayın o vaxtdan etibarən başlamağı demək deyil. Buna görə də bu məsələ ilə əlaqədar ənənəvi fikirlər düzgün deyil; Cümə gecəsi Cümə günü günəşin batması ilə başlayır və günəş çıxana qədər davam edir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3285.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.994 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda namaz vaxtları 10.09.14 10.108 dəfə oxundu
2 İşlədiyim yerdə namaz qılmağa, oruc tutmağa şərait olmur. Mən nə etməliyəm? 07.07.15 1.981 dəfə oxundu
3 Namazı əzan oxunan kimi qılmaq lazımdır? 21.12.10 11.557 dəfə oxundu
4 Hal-hazırda qıldığımız namaz Adəmdən bu yana eyni namazdır? 19.07.17 288 dəfə oxundu
5 Xüftən namazının vaxtı nə vaxt çıxır? 11.01.11 3.640 dəfə oxundu
6 Heçbir bəhanə olmadan namazların birləşdirilməsi caizdirmi? 19.08.16 1.251 dəfə oxundu
7 Quranda sübh namazının vaxtı 11.01.11 47.657 dəfə oxundu
8 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 2.710 dəfə oxundu
9 Sübh namazını imsakdan əvvəl qılmaq olar? 12.01.11 4.120 dəfə oxundu
10 Pilot və stüardessa (sahibə) hər uçuşda səfəri hökmündədir? 31.10.16 525 dəfə oxundu
11 Sübh namazını əzan oxunan kimi qılmaq olar? 12.01.11 6.213 dəfə oxundu
12 Səfəri olan biri 2-ci rükətin axırında muqim imamdan ayrıla bilərmi 07.11.16 528 dəfə oxundu
13 Keçirdiyimiz sübh namazını məkruh vaxtda qıla bilərik? 26.05.11 3.792 dəfə oxundu
14 Qorxu halında axşam namazı qısaltılaraq necə qılınır? 11.11.16 654 dəfə oxundu
15 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 2.994 dəfə oxundu
16 Sünnət namazları bəzi hallarda tərk edilə bilər? 20.02.17 434 dəfə oxundu
17 Vitr namazının vaxtı 09.09.11 3.716 dəfə oxundu
18 Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı? 22.02.17 490 dəfə oxundu
19 Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur? 02.01.16 1.105 dəfə oxundu
20 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 5.397 dəfə oxundu
21 Namazı istəməyərək, tənbəllik edərək qılmaq münafiqlik əlamətidirmi? 07.04.17 763 dəfə oxundu
22 Sübh namazı gecə namazıdır, yoxsa gündüz namazı? 09.03.10 3.881 dəfə oxundu
23 Fey-i-zaval 03.03.12 1.539 dəfə oxundu
24 Nisə surəsinin 102-ci ayəsi namazların birləşdirilməsinə mane deyilmi? 09.10.15 1.742 dəfə oxundu
25 Xüftən namazının vaxtı 29.07.12 5.734 dəfə oxundu
26 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.553 dəfə oxundu
27 Namaz vaxtıyla əlaqədar Fəcr və Fələq sözləri eyni mənanı daşıyır? 13.09.12 3.179 dəfə oxundu
28 Qaranlıq düşdüyü vaxt xüftən namazının vaxtı çıxır? 08.04.10 5.102 dəfə oxundu
29 Axşam namazını xüftənin vaxtında birləşdirmək olar? 09.11.13 3.035 dəfə oxundu
30 Quranda namazların səsli ya da səssiz oxunması barədə ayə var? 30.12.14 3.212 dəfə oxundu
31 Namazda əlin vəziyyəti (!) 07.02.15 4.747 dəfə oxundu
32 Namaz üstündə vaxt çıxsa, namaz batil olur? 01.05.10 3.266 dəfə oxundu
33 Bilə-bilə namazlarını tərk edən adamın hökmü nədir? 07.10.15 2.389 dəfə oxundu